İdman
"Neftçi" 6 turdan sonra tilsimi qırdı
Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun
vurulub. Publika.az xəbər verir ki, son oyun günündə iki marağlı
matç baş tutub.
Günün ilk oyununda "Sumqayıt" doğma meydanda "Neftçi"ni qonağ edib. 6 oyundan
sonra "ağ-qaralar" 2:1 hesablı ilk qələbəsini qazanıb. Samir
Əliyevin yetirmələri altı tur idi ki, üç xala həsrət idi.
"Sumqayıt"dan Uğur Pamuk, "Neftçi" dən isə Fəhmin Muradbəyli və
Ruslan Qurbanov (penalti) fərqlənib.
Turun son oyununla isə "Xəzər Lənkəran" "Rəvan"ın qonağı olub. İki
turdan sonra qələbə qazanan "Xəzər Lənləran"ı 79-cu dəqiqədə Elnur
Cəfərov sevindirib. Turun bundan əvvəl baş tutan oyunlarında
"Qarabağ" AZAL-ı 2:0, "Kəpəz" "Qəbələ"ni 2:1 hesabı ilə udub,
"İnter" - "Zirə" matçında hesab açılmayıb - 0:0.
Premyer Liqa
2015/16 mövsümü
II dövrə, XI tur
2 noyabr
Sumqayıt - Neftçi 1:2
Qollar: Uğur Pamuk, 7 - Fəhmin Muradbəyli, 72. Ruslan Qurbanov,
77-pen.
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, Ramil
Diniyev.
Rəvan - Xəzər Lənkəran 0:1
Qol: Elnur Cəfərov, 79.
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Vüqar Bayramov, Rəvan
Həmzəzadə.
Bu arada Azərbaycan Premyer Liqasının XII turunun oyun cədvəli
açıqlanıb. Turun görüşləri 3 gün ərzində reallaşacaq.
7 noyabr
AZAL - Kəpəz
“AZAL Arena”. Saat 16.30.
Zirə - Sumqayıt
Zirə İdman Kompleksinin stadionu. Saat 18.30.
8 noyabr
Xəzər Lənkəran - Qarabağ
“Xəzər Lənkəran” mərkəzi stadionu. Saat 16.00.
Neftçi - Rəvan
“Bakcell Arena". Saat 18.00.
9 noyabr
Qəbələ - İnter
Qəbələ şəhər stadionu. Saat 16.00.
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu
-
Sosial13:32Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE
-
Sosial12:52Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı





























.png)

.jpg)






