İdman
Vaqif Cavadov: “Dortmunda məğlub olmağa getmirik”
Azərbaycan Premyer Liqasının 11-ci turunun “Kəpəz”lə oyunu “Qəbələ”nin bu yay heyətinə qatdığı Vaqif Cavadov üçün əlamətdar olub.
Publika.az xəbər verir ki, bundan əvvəlki turda meydana sonradan çıxan yarımmüdafiəçi ilk dəfə “Qırmızı-qaralar”ın start heyətində yer alıb. 26 yaşlı futbolçu qarşılaşma haqda fikirlərini klubun rəsmi saytına bildirib:
“Baş məşqçi mənə etimad göstərib, ilk dəqiqələrdən meydanda olmaq üçün şans verdi. Təəssüf ki, bu qarşılaşmadan məğlub ayrıldıq. 90 dəqiqə daha üstün oyun nümayiş etdirdik. Rəqib qapısına hücumlar təşkil edib, qol imkanları yaratsaq da, sonda qol buraxaraq uduzduq. Artıq neçə görüşdür üstünlük bizdə olsa da, qalib gələ bilmirik. Lakin hələ qarşıda oyunlarımız var. Hər şey qaydasına düşəcək. Hücumlarımız zamanı bizim də müəyyən səhvlərimiz olur. Onları da aradan qaldıracağıq. Öz oyunuma gəlincə, bunu dəyərləndirmək istəməzdim. Həmişə klubum üçün, millidə isə yığmamız üçün oynamışam. Buna qiyməti isə mütəxəssislər versinlər”.
Cavadov Avroliqanın növbəti turunda noyabrın 5-də keçiriləcək Dortmund “Borussiya”sı ilə oyun haqda da danışıb:
“Borussiya” ilə oyuna səylə hazırlaşırıq. Bütün komandamız bu matça köklənib. Çox çətin oyun olacaq. Lakin biz Dortmunda məğlub olmağa getmirik. Bakıdakı ilk oyunda da bu rəqibə qarşı oynaya biləcəyimizi göstərdik. Həmin qarşılaşmada uduzsaq da, qol imkanlarımız da oldu. Lakin onlardan istifadə edə bilmədik. Meydana çıxıb-çıxmayacağım baş məşqçinin seçimindən asılıdır. Bu görüşdə mənim üçün qol vurmaqdan daha çox nəticə önəmlidir. Əlbəttə, hər futbolçu qol vurmaq istəyir. Lakin komandanın uğuru daha vacibdir”.
-
Dünya19:50Ukrayna Xəzərdə neft platformalarını vurdu
-
Nəqliyyat19:30Taksilərlə bağlı qaydalar dəyişdi? - AYNA-dan açıqlama
-
Nida Xəbər 16:34Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Magazin114:56Nazilə Səfərli tıxacda dava etdi: Özünü kimə göstərirsən? - VİDEO
-
Sağlamlıq14:12Su haqqında bildiklərimiz yanlış imiş: Ekspertdən şok açıqlama
-
Sosial13:30Əli Əsədov qərar imzaladı
-
Yaxın Şərq13:00Litani çayından Hermon dağına qədər: İsrail bu ölkələrin ərazisini tutacaq









.webp)



























