İdman
“Qəbələ” yekun vuracaq
Bu gün Azərbaycan Premyer Liqasının 12-ci turu başa çatır.
Publika.az xəbər verir ki, turun ilk oyununda AZAL "Kəpəz"i qəbul edib. Son turda səfərdə "Qəbələ"ni məğlub edən (2:1) Şahin Diniyevin yetirmələri sondan ikinci pillədə qərarlaşmış "təyyarəçilər"i də məğlub edərək, uğurlu oyunlar seriyasını davam etdirmək niyyətində idi. Amma ilk turlardakı ardıcıl məğlubiyyətlərdən sonra özünə gələrək, bir neçə oyunda xal toplayan AZAL gəncəliləri də büdrətməyi bacarıb.
İlk dəfə iştirak etdiyi Premyer Liqaya gözlənilməz start verərək, ardıcıl xallar qazanan "Zirə" son 4 turda qələbəyə həsrət qalmışdı. "Qartallar" son turlardakı qələbə həsrətinə "Sumqayıt"la oyunda son qoyublar. Debütant "kimyaçılar"ı 3:2 hesabıyla məğlub edib.
Dünən isə FİFA-nın cəzasına görə heyət sarıdan ciddi problemləri olan və vəziyyətdən çıxmaq üçün qışı gözləyən "Xəzər Lənkəran" evdə lider "Qarabağ"la qarşılaşıb. "Köhlən atlar" Lənkəran səfərindən minimal hesablı qələbəylə ayrılıb.
Dünən həmçinin ardıcıl uğursuz oyunlardan sonra liderlər qrupundan aralı düşən "Neftçi" çempionatın aşkar autsayderi "Rəvan"ı qəbul edib. "Sumqayıt"la oyunda şübhəli qələbə qazanan "ağ-qaralar" "Rəvan"a uduzub.
Tura bu gün keçiriləcək "Qəbələ" - "İnter" oyunuyla yekun vurulacaq.
9 noyabr
Qəbələ - İnter
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev,
Kamran Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ. Şəhər stadionu, 16:00.
-
Magazin120:36"Nikosayağı" aylar sonra göründü: qardaşının toyunda - Video
-
Dünya19:50Ukrayna Xəzərdə neft platformalarını vurdu
-
Nəqliyyat19:30Taksilərlə bağlı qaydalar dəyişdi? - AYNA-dan açıqlama
-
Nida Xəbər 16:34Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Magazin114:56Nazilə Səfərli tıxacda dava etdi: Özünü kimə göstərirsən? - VİDEO
-
Sağlamlıq14:12Su haqqında bildiklərimiz yanlış imiş: Ekspertdən şok açıqlama
-
Sosial13:30Əli Əsədov qərar imzaladı









.webp)

























