Firdovsi Umudov: “Kimliyindən asılı olmayaraq səhv edən cəzasız qalmır”
Bizi izləyin

İdman

Firdovsi Umudov: “Kimliyindən asılı olmayaraq səhv edən cəzasız qalmır”

Avropa Millətlər Kubokunda Azərbaycan güləşçisi Ali Maqomedabirovla belaruslu pəhləvan İvan Yankovski arasında yarış zamanı dava düşməsi barədə xəbər vermişdik.

Yeniyetmələr arasında olimpiya, gənclər arasında Avropa çempionu və dünya çempionatının mükafatçısı olan güləşçimizin cəzalanmasına sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudov münasibət bildirib.

Təcrübəli mütəxəssis Publika.az-a açıqlamasında kimliyindən, verdiyi nəticədən asılı olmayaraq səhv edən idmançının cəzasız qalmadığını bildirib:

“Artıq Ali Maqomedabirovla bağlı qərar verilib. Məşqçilər korpusu, Nizam-İntizam Komitəsi və Federasiya rəhbərliyi idmançıyla bağlı öz cəza tədbirini görüb. Belə hadisələri mən özüm bir məşqçi olaraq heç vaxt qəbul etmirəm. Yarış zamanı mütləq səbrli olmaq lazımdır. Düzdür, güləşən zaman əsəblər tarıma çəkilir. Hadisə bitdikdən sonra isə peşmançılıq yaşayırsan. Təbii ki, güləşçimizə haqq qazandırmaq olmaz. Kimliyindən asılı olmayaraq – istər dünya çempionu olsun, istər Avropa çempionu olsun, lazımı cəza verilir.

İdmançı elə şeylərə yol verməməlidir. Ancaq bu cür hallar böyük yarışlarda tez-tez olur. Elə Avropa Oyunları zamanı da iki titullu idmançı mübahisə etdiyi üçün yarışdan uzaqlaşdırılmışdı. Buna görə də qaydaları pozmaq olmaz. Amma idmançı özünü ələ almalıdır. Dava olan zaman Ali Maqomedabirov rəqibini udurdu (4:3). Bu zaman rəqib nə deyib, nəyin üstə dava olub, heç yadında da deyil. Sözsüz ki, sonra peşman olub. Amma o peşmanlıq fayda vermir. Ən güclü cəza tədbiri odur ki, yarışdan kənarlaşdırıldı. Biz məşqçilər korpusu olaraq da onun haqda ölçü götürmüşük”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm