İdman
Praqada Azərbaycanı kimlər təmsil edəcək?
Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitələrinin (EOC) noyabrın 18-də Çexiyanın paytaxtı Praqada işə başlayacaq 44-cü Baş Assambleyasına qatılacaq.
Milli Olimpiya Komitəsindən (MOK) Publika.az-a verilən məlumata görə, 3 gün davam edəcək assambleyada gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edəcək.
EOC İcraiyyə Komitəsinin üzvü olan Ç.Hüseynzadə adı çəkilən təşkilatın 4-cü iclasında da iştirak edəcək. Həmçinin tədbir çərçivəsində EOC-un "İdmanda Qadın və Bərabərlik" Komissiyasının üzvü olan K.Nurullayevanın da iştirakı nəzərdə tutulub.
2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları və 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. Yeniyetmələr arasında 2016-cı ildə Lillehhammerdə keçiriləcək Qış Olimpiya Oyunları da müzakirə olunacaq. Həmçinin 2021-ci ildə keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalına namizəd ölkələrin siyahısı açıqlanacaq.
Qeyd edək ki, Avropa Olimpiya Komitəsinin 45-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı tədbirdə açıqlanacaq.
-
Sosial07:15Ev tikmək istəyənlərin nəzərinə: Bu qaydaları bilməyənlər...
-
Nida Xəbər 06:46Müğənnilərə qadağa qoyuldu, Tolik anons etdi: “Yeni siyahı gələcək”
-
Qoroskop01:40Günün ulduz falı: Lüks əşyalara olan meyliniz artacaq
-
Magazin100:15Elşən Binəqədi vəfat etdi - Meyiti morqda qaldı
-
Hadisə27 Fevral 22:58Azərbaycanda şagirdlər zəlzələyə belə yaxalandılar - Anbaan video
-
İnanc27 Fevral 21:31Ramazanın 10-cu gününün duası - İftar və imsak vaxtları
-
Dünya27 Fevral 19:50Britaniya diplomatlarını İrandan təxliyə etdi
-
Hadisə27 Fevral 19:45Şamaxıda üçüncü dəfə zəlzələ oldu





















.jpg)








.jpg)




