İdman
Beynəlxalq təşkilat AFFA-nın yoxlanmasını tələb etdi
“Transparency İnternational” Beynəlxalq Qeyri-Hökumət Təşkilatı FİFA-ya müraciət edib.
Publika.az xəbər verir ki, təşkilat milli federasiyalarda korrupsiya ilə bağlı yoxlamalar aparılmasını tələb edir. Təşkilatın məsələylə bağlı yaydığı bəyanatda bildirilir ki, FİFA 2011-2014-cü illərdə milli federasiyalara 2,5 milyard dollar vəsait ödəyib. Ancaq federasiyaların 81 faizi bu vəsaitin necə xərclənməsiylə bağlı hesabat verməyib. Hətta vəsait alan federasiyaların 21 faizinin saytı belə yoxdur:
“FİFA fəaliyyətini təkmilləşdirmək üçün qaydalara dəyişiklik etməlidir. Dəyişiklikdə milli federasiyaların, futbol funksionerlərinin maliyyə hesabatını açıqlaması şərt kimi qoyulmalıdır. Bu normalar milli dəyərə çevrilməlidir”.
Təşkilat hesab edir ki, FİFA və Konfederasiyalar milli federasiyaların hesabatlarını öz saytlarında yaymalıdırlar.
FİFA hər il AFFA-nın da hesabına vəsait köçürür. Qeyd edək ki, FİFA-nın ayırdığı vəsaitin necə xərclənməsiylə bağlı AFFA-nın da ayrıca hesabatı olmayıb. Qurum yalnız illik maliyyə hesabatını açıqlayır ki, burada da qaranlıq məqamlar diqqəti cəlb edir.
Əlavə olaraq qeyd edək ki, AFFA-nın Azərbaycan çempionatının təşkilini həvalə etdiyi Peşəkar Futbol Liqası ümumiyyətlə, maliyyə hesabatı vermir. Ramin Musayevin qurumu bununla nəinki beynəlxalq qanunları, Azərbaycan qanunlarını da kobud surətdə pozur. AFFA isə PFL-ə hesabat verilməsinin vacib olması ilə bağlı heç bir xəbərdarlıq etmir. Bu da onu göstərir ki, AFFA və PFL-də korrupsiya faktları var. Qalır, sadəcə, bunu araşdırmaq. Bu araşdırma da hüquq-mühafizə orqanlarının üzərinə düşür. (Komanda.az)
-
Rəsmi xronika14:07İlham Əliyev bu idmançılara ev verdi
-
Sağlamlıq12:55Çindən gələn "xərçəng çarxı" - Bu təkərlərdə təhlükəli maddələr aşkarlandı
-
İdman12:36Ulduzlar Milad bayramını belə keçirdilər: Neymar hansı sevgilisinin yanına gedib? - FOTOLAR
-
MDB11:02Rusiyalı general 56 yaşında öldü
-
Dünya10:50Hakimiyyət uğrunda mübarizə: Zelenski onu “bir nömrəli düşmən” elan etdi
-
Ekologiya10:12Qar yağır - Faktiki hava
-
İdman09:12Antonella ilə Messinin Milad - FOTOSU
-
İdman07:30Ronaldodan Milad paylaşımı - VİDEO












.jpg)






.jpg)


.jpg)















