İdman
Sumqayıt”-“Qəbələ” oyunu heç-heçə yekunlaşıb
Noyabrın 21-də futbol üzrə Topaz Premyer Liqasında XIII turun oyunlarına start verilib.
Turun ilk matçı Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilib. “Sumqayıt” komandası doğma azarkeşlər önündə “Qəbələ”ni qəbul edib. Oyunda ilk yarının əvvəli kəşfiyyat xarakteri daşıyıb. Sonradan meydan sahibləri təşəbbüsü ələ alaraq qonaqların qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıblar. İnamlı təsir bağışlayan sumqayıtlılar nəhayət ki, əyalət təmsilçisinin qapısına yol tapa biliblər. Oyunun 29-cu dəqiqəsində Uğur Pamuk dəqiq zərbə ilə “Sumqayıt”ı hesabda önə çıxarıb. Matçın 39-cu dəqiqəsində Cəmil Hacıyevin avtoqolu hesaba tarazlıq gətirib - 1:1.
Fəsilədən sonra qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib. Baş məşqçi Samir Abasovun yetirmələri 69-cu dəqiqədə Ağabala Ramazanov qolu sayəsində hesabda yenidən önə keçiblər. Çətinliklə də olsa Roman Qriqorçukun yetirmələri 71-ci dəqiqədə Samir Zərgərovun qolu ilə hesabı bərabərləşdirə biliblər.
Beləliklə, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
-
Sosial07:15Ev tikmək istəyənlərin nəzərinə: Bu qaydaları bilməyənlər...
-
Nida Xəbər 06:46Müğənnilərə qadağa qoyuldu, Tolik anons etdi: “Yeni siyahı gələcək”
-
Qoroskop01:40Günün ulduz falı: Lüks əşyalara olan meyliniz artacaq
-
Magazin100:15Elşən Binəqədi vəfat etdi - Meyiti morqda qaldı
-
Hadisə27 Fevral 22:58Azərbaycanda şagirdlər zəlzələyə belə yaxalandılar - Anbaan video
-
İnanc27 Fevral 21:31Ramazanın 10-cu gününün duası - İftar və imsak vaxtları
-
Dünya27 Fevral 19:50Britaniya diplomatlarını İrandan təxliyə etdi
-
Hadisə27 Fevral 19:45Şamaxıda üçüncü dəfə zəlzələ oldu





















.jpg)








.jpg)




