İdman
Şahin Diniyev: "Qarabağ" səhvi bağışlamır"
"Belə bir oyundan sonra danışmaq bir az çətindir, amma danışmamaq da olmur. Bizim itkilərimiz çox idi, lakin bütün bunlar məğlubiyyətə əsas vermir, səbəb deyil".
Publika.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Şahin Diniyev Azərbaycan Premyer Liqasının 13-cü turunda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.
"Meydançada da zədəlilərimiz az deyildi. Bundan əlavə, cinah müdafiəçisinin olmaması bizi məcbur etmişdi ki, sistemi dəyişək. İlk hissədə Çumbinyonun fərdi yaratdığı qol epizodundan başqa "Qarabağ"ın real şansı olmadı" - deyə o bildirib.
O, futbolçularının ilk hissədə taktiki cəhətdən ağıllı oynadıqlarını vurğulayıb:
"İkinci hissədə müəyyən üstünlüyümüz var idi. İtiriləcək bir şey yox idi. Ona görə də hücuma atıldıq, oyun 1:1 hesabı ilə də bitə bilərdi. Sadəcə, oyunun sonlarında uşaq səhvlərindən qollar buraxdıq. Lakin irəli baxmaq lazımdır, uğur qazanmaq üçün səhvləri minimuma endirmək vacibdir. "Qarabağ" bizim top komandamızdır, səhvləri bağışlamır. "Qarabağ"a "Tottenhem"lə oyunda uğurlar arzu edirəm. Etiraf edim ki, biz ilk hissədə qorxaq futbol oynadıq, ikinci hissədə isə sərgilədiyimiz futbol xoşumuza gəldi".
-
Kriminal19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu
-
Sosial13:32Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE




























.png)

.jpg)






