İdman
2934 gün çəkən həsrət
Azərbaycan Premyer Liqasının 13-cü turunda baş tutan “böyük oyun”da 2:0 hesabı ilə qalib gələn “Neftçi” “Xəzər Lənkəran”la səfər oyunlarındakı qələbəsiz oyunlar seriyasına son qoyub.
Publika.az xəbər verir ki, “böyük oyun”ların tarixi ərzində 2 dəfə rəqib meydanında qalib gələn paytaxt təmsilçisi sonuncu dəfə 2007-ci ildə Lənkəranda 3 xala sevinmişdi. 8 il 12 gün əvvəl noyabrın 10-da qələbə qazanan bakılılar çempionat oyununda 1:0 hesabına sevinmişdi. 2934 gündən sonra “Xəzər Lənkəran”ın meydanında qalib gələn “Neftçi” bu müddətdə 12-si çempionat, 1-i kubokda olmaqla, 13 səfərdən qələbəsiz ayrılmışdı. Bu 13 qarşılaşmadan 5-də meydan sahibləri qələbə qazanmışdısa, 8-də heç-heçə qeydə alınmışdı.
İndiyədək rəqib meydanında qazandığı hər iki qələbəsi Lənkəran Olimpiya kompleksinə təsadüf edən “Neftçi” ilk dəfə “Xəzər Lənkəran” mərkəzi stadionunda 3 xal əldə edib. “Ağ-qaralar” həm 2007-ci il noyabrın 10-da, həm də 2005-ci dekabrın 18-də Lənkəranın 2-ci arenasında qalib gəlmişdi - hər ikisi 1:0. İndiki stadionda 13 matçda qalib gəlməyən bakılılar 14-cü cəhddən arenanı qələbə ilə tərk edib.
İndiyədək keçirilən 39 “böyük oyun”dan 35-i Premyer Liqa, 3-ü Azərbaycan kuboku, 1-i superkuboka təsadüf edib. Bu qarşılaşmalarda “Neftçi” 13, “Xəzər Lənkəran” 9 qələbə qazanıb, 17 matçda isə qalib müəyyənləşməyib. “Ağ-qaralar” 46, “ağ-yaşıllar” 35 top vurub.
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu
-
Sosial13:32Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE
-
Sosial12:52Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı





























.png)

.jpg)






