İdman
“Olimpiya hərəkatı” layihəsi təqdim olundu
Dekabrın 17-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) “Olimpiya hərəkatı” layihəsinin təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmi şəxslər iştirak ediblər.
MOK-un marketinq departamentinin rəhbəri Mehman Kərimov layihə barədə məlumat verib. Bildirilib ki, bu layihə Beynəlxalq Olimpiya Komitəsi, Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman, Təhsil nazirlikləri tərəfindən birgə həyata keçirilir. Layihə idmanın dörd növünü – basketbol 3x3, velosiped, atletika və badmintonu əhatə edir. “Olimpiya hərəkatı” layihəsi ölkəmizdə uşaqların idmana daha geniş cəlb olunması, idmanın, xüsusən də həmin dörd növün kütləviləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Digər çıxışlarda da layihənin əhəmiyyətindən danışılıb.
Tədbirin sonunda layihənin “ulduz idmançı”ları seçilib. Nazim Babayev atletika, Amil Həmzəyev basketbol 3x3, Aqşin İsmayılov velosiped, Orxan Qələndərov isə badminton üzrə “ulduz idmançı” seçiliblər.
Sonda milli Olimpiya səfirləri - Olimpiya çempionu Fərid Mansurov və Əməkdar Artist Tünzalə Ağayeva mükafatlandırılıblar.
-
Sosial07:15Ev tikmək istəyənlərin nəzərinə: Bu qaydaları bilməyənlər...
-
Nida Xəbər 06:46Müğənnilərə qadağa qoyuldu, Tolik anons etdi: “Yeni siyahı gələcək”
-
Qoroskop01:40Günün ulduz falı: Lüks əşyalara olan meyliniz artacaq
-
Magazin100:15Elşən Binəqədi vəfat etdi - Meyiti morqda qaldı
-
Hadisə27 Fevral 22:58Azərbaycanda şagirdlər zəlzələyə belə yaxalandılar - Anbaan video
-
İnanc27 Fevral 21:31Ramazanın 10-cu gününün duası - İftar və imsak vaxtları
-
Dünya27 Fevral 19:50Britaniya diplomatlarını İrandan təxliyə etdi
-
Hadisə27 Fevral 19:45Şamaxıda üçüncü dəfə zəlzələ oldu





















.jpg)








.jpg)




