İdman
Azad Rəhimov: “Biletlər 19 manatdan başlayır”
Bakı Şəhər Halqası (BŞH) gələn il paytaxtımızda təşkil olunacaq "Formula 1" Avropa Qran-prisinin biletlərinin sabahdan etibarən onlayn satışa çıxarılacağını elan edib.
Publika.az xəbər verir ki, bilet satışının başlanması bu həftəsonu Dənizkənarı Milli Parkda keçiriləcək.
Bugünkü konfransda iştirak edən gənclər və idman naziri Azad Rəhimov bu önəmli hadisəylə bağlı təəssüratlarını bölüşüb: “Bu hadisə dünyanın ən böyük idman tədbirlərindən sayılan “Formula 1”-in Bakıya gəlişi prosesində ən vacib nailiyyətlərdən biridir. Əminəm ki, “Formula 1” paytaxt Bakıya çox gözəl yaraşacaq və bütün azarkeşləri bu gözəl şəhərdə keçiriləcək 2016-cı il F1 Avropa Qran-prisini izləməyə dəvət edirəm".
Nazir Qran-priyə xərclənən vəsaiti də açıqlayıb: “Yollarda aparılan işlər üçün 12 milyon manat civarında məbləğ təsdiqlənib. Bu günədək “Formula 1” üçün Əməliyyat Şirkəti tərəfindən 5 milyona yaxın vəsait xərclənib. Azadlıq Meydanında pit-stop üçün yer tikiləcək və bunun üçün də tender aparılır. Şəhər boyu maneələr olacaq. Təxminən 3-4 aya büdcə formalaşanda açıqlama verəcəyik. Təxminən 30 min bilet satılacaq. Biletlərin qiyməti 19 manatdan başlayır”.
A.Rəhimov Bakıda keçiriləcək "Formula 1"-ə marağın yüksək səviyyədə olduğunu deyib: "Gənclər yarışın Azərbaycanda keçirilməsini dəstəkləyir. Əminik ki, bu Qran-pri çox maraqlı olacaq. Yarışçılar 51 dəfə 6 km-lik məsafəni qət edəcəklər. 2 km-lik məsafədə “Formula 1” avtomobillərinin sürəti maksimuma - 340 km/saata çatacaq. 30 minədək bilet satılacaq və qiymətlər müxtəlifdir. Sabah saat 12-dən etibarən onlayn bilet satışına start veriləcək. Bütün Dəniz kənarı Park böyük bir bayram məkanına çevriləcək. Burada əyləncəli proqramlar, konsertlər olacaq. Azərbaycanlılar üçün bilet qiymətlərinə 40 faiz endirim olacaq. Bu isə yalnız Azərbaycan vətəndaşlarına aiddir".
Azad Rəhimov tıxac problemindın də danışıb: “Bakılılar tıxacı sevmir. Bu səbəbdən biz çalışmalıyıq ki, işimizi düzgün quraq. Gördüyümüz bütün işlər Azərbaycanı, ölkə idmanını tanıtmağa xidmət edir”.
Onun sözlərinə görə, ölkəyə gələn qonaqlar şəhərdəki mehmanxanalarda rahat yerləşə biləcəklər: “Artıq qonaqlar üçün otellərdə yerlər tutulub. "Bakı 2015" I Avropa Oyunlarında istifadə olunan Atletlər Kəndi də hazırdır. Hansısa turist, komanda oradan istifadə etmək istəsə, bu, mümkün olacaq. "Formula 1" üçün beynəlxalq şirkət Azərbaycana heç nə ödəmir”.
A.Rəhimov "Formula 1" yarışlarında yerli komandanın olmayacağını deyib: "Komandaların rəhbərləri böyük şirkətlərdir. Hansısa şirkət, biznesmen istəsə, bunu edə bilər. Amma dövlətin belə bir planı yoxdur”.
-
Hadisə12:30
“Çoban Xanış”a ağır itki üz verdi
-
Dünya12:10
Türkiyədə helikopter xəstəxana binasına ÇIRPILDI: 4 nəfər öldü - FOTOLAR/YENİLƏNDİ
-
Magazin212:05
Seda Sayan əri ilə Dubaya köçür - Türkiyədəki villasını satışa çıxardı
-
MDB11:22
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı
-
MDB11:11
Rusiyada yoxa çıxan təyyarə tapıldı - Xilas edilən pilotlardan ilk AÇIQLAMA
-
Hadisə10:48
Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU