İdman
Qalib müəyyənləşmədi
Dekabrın 19-da Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Qarabağ” və “Qəbələ” komandaları qarşılaşıb. Turun mərkəzi oyununda qalib müəyyənləşməyib – 1:1.
Oyunda hesabı “Qəbələ” komandası açıb. Ermin Zets 4-cü dəqiqədə komandasını hesabda irəli çıxarıb. Lakin görüşün 79-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu Əfran İsmayılov oyunda tarazlığı bərpa edib. Bununla da matç 1:1 hesabı ilə yekunlaşıb.
Beləliklə, xallarının sayını 38-ə çatdıran ağdamlılar turnir cədvəlində liderliyi davam etdirirlər. “Qəbələ”nin hesabında isə 28 xal var.
Tura dekabrın 20-də keçiriləcək üç oyunla yekun vurulacaq. AZAL “Zirə”ni, “Kəpəz”isə Gəncədə “Neftçi”ni qəbul edəcək. Günün sonuncu oyununda isə “Xəzər Lənkəran” Bakıda “İnter”in qonağı olacaq.
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu
-
Sosial13:32Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE
-
Sosial12:52Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı





























.png)

.jpg)






