Məşhur qrossmeyster Bakı Olimpiadasını tərk etdi
Bizi izləyin

İdman

Məşhur qrossmeyster Bakı Olimpiadasını tərk etdi

Tanınmış qrossmeyster Bakıda keçirilən Şahmat Olimpiadasını tərk edib.

Publika.az xəbər verir ki, Azərbaycanın SOCAR klubunun da şərəfini qorumuş Veselin Topalov Bolqarıstan millisinin düşərgəsindən ayrılıb.

Dünya çempionunun ölkəmizi tərk etməsində əsas səbəb ikinci dəfə ata olmağa hazırlaşmasıdır. Belə ki, qrossmeysterin bu günlərdə ikinci qızı dünyaya gələcəyindən o, həyat yoldaşının yanına yollanıb.

Bununla da Bolqarıstan millisi Bakıda 4 şahmatçı ilə qalıb. Topalovun turnirin sonuna kimi qayıdıb-qayıtmayacağı dəqiqləşməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm