“Neftçi”nin futbolçusu karyerasını bitirdi
Bizi izləyin

İdman

“Neftçi”nin futbolçusu karyerasını bitirdi

“Neftçi”nin futbolçusu karyerasını bitirdi

“Neftçi” klubunun müdafiəçisi İqor Mitreski karyerasını bitirmək qərarına gəlib.

Publika.az xəbər verir ki, futbolçu bu qərarını Makedoniya mətbuatına açıqlayıb. 35 yaşlı futbolçu həlledici görüşdə meydana çıxmasa da, komandasının kuboku qazanmasına çox sevindiyini və artıq karyerasını başa vurmaq istədiyini deyib: “Düşünürəm ki, bu oyun mənim üçün sonuncu oldu. Artıq karyeramı bitirmək haqda düşünürəm. 15 il peşəkar səviyyədə futbol oynadım, yaxşı karyeraya malikəm. Lakin psixoloji cəhətdən çox yoruldum”.

Qeyd edək ki, 2010-cu ildə CSKA (Sofiya) klubundan “Neftçi”yə transfer olunan təcrübəli futbolçu keçirdiyi 95 görüşdə cəmi bir qola imza atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm