İdman
Bu, mənim vecimə deyil - Rəşad Sadıqov
Futbol üzrə Azərbaycan U-21 milli komandasının baş məşqçisi Rəşad Sadıqov Gürcüstanın müvafiq yaş qrupundakı komandası ilə yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, baş məşqçi 1:1 hesabı ilə bitən oyunun maraqlı və keyfiyyətli alındığını bildirib.
- Öncəki matçlardakı rəqiblərlə bugünkünü müqayisə etsəniz...
- Rəqiblər fərqlidir. Əgər Albaniya daha çox müdafiə olunur və əks-hücumlara diqqət yetirirdisə, Gürcüstan çalışırdı ki, topla daha çox oynasın. Meydanda “fair-play” qaydalarına riayət edən iki komanda var idi. Bu da sevindirici məqamdır. Çalışırdılar mehriban şəkildə oyun göstərsinlər. Hər iki komandanı təbrik edirəm.
- Gürcüstanın bəzi əsas heyət üzvləri sayılan futbolçuları bu gün meydanda yox idi. Oyun vaxtı düşündünüzmü ki, onlar olsaydı görüş necə cərəyan edərdi?
- Bu dəqiqə elə şeylər mənə maraqlı deyil. Kim hansı heyəti buraxır, kim neçə yaşlılarla oynayır – bunların mənim üçün əhəmiyyəti yoxdur. Bəzi qeyri-peşəkar söhbətlərlə qarşılaşdım ki, guya bizə qarşı Albaniyanın 20 yaşlıları oynayıb. Əslində, 7 nəfər oynayıb 1998-99-cu illər, bizdə də “Alanyaspor”a qarşı 6 nəfər 1997/98-ci il təvəllüdlü futbolçu meydanda idi. Onda biz də U-20 ilə oynamışıq. Belə bir məntiq yoxdur. Məlumat üçün deyim ki, əgər bir nəfər 1997-ci il oynayırsa, bu artıq U-20 deyil. Hamısı 98/99 olsaydı, başqa məsələ.
Digər tərəfdən, məşqçinin öz seçimidir və istənilən yaşda olanı oynada bilər. Mənim heç ağlıma gəlmir ki, U-20-ni, ya U-21-i buraxıram meydana. Yoldaşlıq oyunudur, daha cavanlara şans vermək, heyətdə rotasiyalar etmək normaldır. Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdır. Bugünkü matça gəldikdə də, tam heyətin oynayıb-oynamamağı mənim üçün önəmli deyil. Vacib olan odur ki, hər bir futbolçumuz inkişaf etsin. Gürcüstan başqa heyətlə meydana çıxsa, yenə də oynayacaqdıq. Uduzsaydıq da, futboldur. Bu gün mütləq qələbə qazanmalıyıq deyə qarşımda bir məqsəd yoxdur. Mənim əsas hədəfim odur ki, uşaqlar yığmanın bundan sonrakı fəlsəfəsinə uyğun futbol oynasınlar və əsas milliyə hazırlaşsınlar. Biz sistemi oturtmağa çalışırıq ki, bu uşaqlar sabah əsas milliyə gedəndə özlərini itirməsinlər. Belədə onlara daha asan olacaq. İndi mənim üçün qələbə də, məğlubiyyət də, heç-heçə də eynidir. Çalışacağıq ki, rəsmi matçlarda nəticə olsun.
- Son iki oyunda rəqib komandaların fiziki göstəriciləri daha yaxşı görünürdü...
- Bu, məşqlə bağlı deyil. Onların təbiətindən gələn bir şeydir. Mən özüm 1.80 boyla millinin mərkəz müdafiəçisi olmuşam, amma dünyada belə şey yoxdur. İndi baxıram ki, məndən də balaca müdafiəçilər var. Buna görə də alternativ şeyləri düşünməliyik: top saxlamalı, kombinasiyalı, sürətli oyuna üstünlük verməliyik. Nələrləsə həmin çatışmazlığı kompensasiya etməliyik. Alternativ şeylər düşünmək lazımdır. Məşqlə boyu düzəltmək olmaz.
- Bu komandanın əsas çatışmazlığı nədir? Artıq futbolçular başa düşüblərmi ki, Rəşad Sadıqov onlardan nə istəyir?
- Problemlər haqda danışmaq istəmirəm. Mənə qədər burada nə olub-olmadığını müzakirə etmək mənasızdır. Bəlkə mənim vaxtımda da problemlər olacaq və sonrakı məşqçi onlardan gileylənəcək. Sadəcə öz fəlsəfəmi yeritməyə çalışıram. Məndən əvvəl də müəyyən vaxtlarda yaxşı nəticələr olub. Mənim fəlsəfəm bir qədər fərqlidir. Bunu uşaqlara yeritməyə çalışıram. Komandadan razıyam. Bütün oyunlarda uşaqlar xoşuma gəliblər. Sadəcə istəyirəm, daha da peşəkarlaşsınlar.
- İdman tonusu sevir. Ancaq bu futbolçular klublarında çox meydana çıxmırlar...
- Məni əsas narahat edən məqam odur ki, bu futbolçular klublarında oynayacaqlar, ya yox. Meydana çıxsalar, bəsdir. Bu, əsas şərtdir. Klublarımızın məşqçiləri kifayət qədər peşəkardır. Uşaqlara deyirəm ki, "dirəşib", heyətə düşməlisiniz. Əgər siz çalışsanız, məşqçilər buna diqqət edəcəklər. Kim istəməz ki, heyətində cavan oyunçu olsun. Bu futbolçuların klubda oynaması şərtdir.
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi