İdman
Daha bir ölkə Rusiyanı boykot etdi - Moskva çətin SINAQ QARŞISINDA
İngiltərə ilə Rusiya arasında yaşanan “Skirpal işi” gərginliyi bu il Rusiyada keçiriləcək Dünya Çempionatına da mənfi təsirini göstərib.
Publika.az xəbər verir ki, İslandiya 2018 Dünya Çempionatını diplomatik boykot edəcək.
Bu barədə İslandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirib ki, Salisburi şəhərində yaşanan faciə beynəlxalq hüquqları pozur və Avropadakı sülhə, təhülkəsizlyə təhdid xarakteri daşıyır. Həmçinin qeyd edilib ki, iki ölkə arasında bütün ali səviyyəli ikili dialoqlar müvəqqəqti olaraq təxirə salınıb.
İslandiya kimi Polşa da açıq şəkildə boykot qərarını elan edərkən, Avstraliya, Danimarka, İsveç və Yaponiya Dünya Çempionatını boykot etmək mövzusunu müzakirə etdiklərini bildirib. Böhranın bir soyuq müharibəyə çevrilməsi təqdirində qatılan komandaların da çempionatdan çəkilmə təhlükəsi olacaq.
Qeyd edək ki, martın əvvələrində keçmiş rusiyalı agent Sergey Skirpal və qızı İngiltərənin Solsberi şəhərində zəhərlənərək öldürülmüşdü. İngiltərə bu hadisəyə reaksiya olaraq 23 rus diplomatı ölkədən deportasiya etmişdi. Bundan sonra dünya miqyasında 20-dən çox ölkə 151 rus diplomatı deportasiya edib.
Zümrüd
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc











.webp)




















.jpg)

