İdman
Milliləşdirilən voleybolçu azərbaycanlıları təhqir etdi
İyunun 7-də “Sərhədçi” İdman Kompleksində “Baku Fires”lə Kubanın “Cuba Domadores” boks klubları arasında WSB liqasının finalının ilk görüşündə xoşagəlməz olay yaşanıb.
Publika.az xəbər verir ki, görüşü izləyənlər arasında “Rabitə”nin yeni transfer etdiyi kubalı voleybolçular da olublar.
5-ci döyüşün kubalı iştirakçısı Xulio Sezar La Kruz rinqə dəvət olunanda azarkeşlər rəqibi uğultuyla qarşılayıb. Bunu olduqca sərt qarşılayan “Rabitə”nin 4-cü zona oyunçusu Vilma Salas Rosell isə üzünü azarkeşlərə tərəf tutaraq nümayişkaranə şəkildə orta barmağını göstərib.
Peşəkar voleybolçunun, ölkəmizdə milyonlar qazanan xanım idmançının bu tərbiyəsizliyinə izah tapmaq olmur. Məsələnin təəccüb doğuran məqamı odur ki, azərbaycanlılara qarşı tərbiyəsizlik edən bu voleybolçu həm də milliləşdirilib.
Tərbiyəsizliyini nümayişkaranə surətdə göstərməkdən çəkinməyən voleybolçu Azərbaycan millisinin şərəfini hansı meyarlara əsasən qoruyacaq?
Təbii ki, bu suala Voleybol Federasiyasının rəhbərliyi cavab verməlidir.
-
ABŞ10:52Trampdan sonra prezident o olacaq - Hazırlıqlar gedir
-
Hadisə10:21Biləsuvarda dəhşətli qəza - 5 nəfər öldü
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO




























.jpg)



