İdman
Qurbanovun ordusu "Flaqman"la bacarmadı - 889 gündən sonra "Neftçi"dən 3 ilk
Azərbaycan Premyer Liqasının XXVI tur matçında “Neftçi”yə 0:1 hesabı ilə uduzan “Qarabağ”ın 3 uğurlu seriyası qırılıb.
Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv həm çempionatda, həm də evdə 17 matçlıq məğlubiyyətsizliyinin qırılmasına üzülüb. Bu seriyaları qıran Tərlan Əhmədovun baş məşqçisi olduğu “Neftçi” isə son illərin çempionu ilə görüşlərdəki qələbəsizlik seriyasına son qoyub.
Ağdam təmsilçisi bu oyunadək mövsümdə yeganə məğlubiyyətlərini 2017-ci il oktyabrın 22-də almışdı. “Qəbələ”yə səfərdəki 0:1 hesablı məğlubiyyətdən 196 gün sonra xalsız qalan Ağdam klubu ardıcıl 17 oyunda uduzmamışdı. Bu matçlarda “Qarabağ” 13 qələbə qazanıb, 4 heç-heçə edib.
Ağdam klubu həm də cari mövsümdə ilk ev məğlubiyyətini alıb. Əvvəlki 13 görüşdə 10 qələbə və 3 heç-heçə edən Qurbanovun komandasının ilk uğursuzluğu öz meydanındakı son matça təsadüf edib. Evdəki məğlubiyyətsizlik də 17 oyun sürüb. Sonuncu dəfə ötən il fevralın 28-də “İnter”ə (indiki “Keşlə”) 0:1 hesabı ilə uduzan “Qarabağ” 432 gündən sonra evdə xalsız qalıb. Bu müddətdə komanda 13 qələbə qazanıb, 4 heç-heçə edib.
“Neftçi” “İnter”dən sonra 2015-ci ildə inşa olunan “Azərsun Arena”da qələbə qazanan 2-ci komanda olub. Bu stadiona köçəndən sonra “Qarabağ” yalnız bu iki görüşdə uduzub.
“Neftçi”nin “Qarabağ”la görüşlərdəki uğursuz seriyası da qırılıb. Tərlan Əhmədovun yetirmələri 9 oyundur yenə bilmədikləri Ağdam təmsilçisini 889 gündən sonra məğlub edib. “Qarabağ” “ağ-qaralar”a sonuncu dəfə 2015-ci il noyabrın 29-da məğlub olmuşdu – 0:1. Bu müddətdə ağdamlılar 7 qələbə, 2 heç-heçə etmişdi.
Qeyd edək ki, komandalar arasında son görüş dünən "Azersun Arena"da baş tutub və matç 0:1 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb.
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi







.png)







.jpg)













.jpg)
.jpg)





