İdman
Putin Dünya Çempionatındakı favoritini açıqladı
2018 Dünya Çempionatına ev sahibliyi edən Rusiyanın prezidenti Vladimir Putin mundial haqqında fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, çempionun hansı ölkə olmasına dair proqnozlarını açıqlayan prezident favoritinin Almaniya, İspaniya, Argentina və Braziliya olduğunu deyib.
Rusiya prezidenti bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Çindəki zirvəsindən öncə Çin Media Qrupunun prezidenti Şen Haiksionqun suallarını cavablandırarkən deyib.
Kuboku hansı ölkənin qazanacağına dair suallar alan Putin bunları deyib:
“Çətin sualdır. Çünki ciddi komandalar çoxdur. Latın Amerikasından Argentina və Braziliya var. Əvvəlki turnirlərdə Almaniya mükəmməl bir şəkildə mübarizə aparıb. İspanlar da gözəl futbol ortaya qoyub. Mütləq digər komandalar da fərqlənəcəklər. Ancaq sadəcə ən yaxşı komanda qazanacaq.
Ölkəmizdəki bütün azarkeşlər və futbolsevərlər komandamızın müasir, diqqət çəkən və gözəl bir futbol ortaya qoymasını və sonuna qədər mübarizə aparmasını ümid edir”.
Rusiya lideri turnirin ev sahibi olaraq əsas hədəflərinin gözəl bir Dünya Çempionatı təşkil olunması və dünyadakı bütün azarkeşlərə gerçək bir festival təqdim etmək olduğunu vurğulayıb.
Putin ev sahibi kimi turnirin açılış və bağlanış mərasimlərinə qatılacağını və mümkün olduğu qədər matçları tribunadan izləyəcəyini də deyib.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
