İdman
DÇ-2018: Braziliya və Belçika 1/8 finalda - YENİLƏNDİ
Belçika yığması DÇ-2018-in 1/8 final mərhələsində Yaponiya üzərində qələbə qazanıb.
Publika.az xəbər verir ki, Rostov-na-Donun "Rostov Arena" stadionunda keçirilən görüş 3:2 hesabı ilə belçikalıların xeyrinə başa çatıb.
Belçika yığması matç boyu 2 top geri düşsə də, komanda özündə güc taparaq rəqibi 3 dəfə məyus edə bilib. Oyunda sonuncu qol 90+4-cü dəqiqədə vurulub.
Nəticədə Belçika millisi ¼ finala vəsiqə qazanıb.
Belçika – Yaponiya - 3:2
Qollar: 0:1 – Xaraqusi – 48, 0:2 – İnui – 52, 1:2 – Vertongen – 69, 2:2 – Fellayni – 74, 3:2 – Şadli – 90+4.
***
Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir görüşü keçirilib.
"Samara Arena"da baş tutan matçda Braziliya və Meksika komandaları üz-üzə gəliblər.
Qarşılaşma Braziliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə ilk qolu Neymar vurub. 26 yaşlı hücumçu 51-ci dəqiqədə fərqlənib. Roberto Firmino isə 88-ci dəqiqədə fərqi iki topa çatdırıb.
Qeyd edək ki, Braziliya yığması 1/4 finaldakı Belçika - Yaponiya cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 6-da keçiriləcək.
DÇ-2018, 1/8 final, 2 iyul
18:00. Braziliya - Meksika - 2:0
Qol: Neymar, 51. Roberto Firmino, 88
Hakimlər: Canluka Rokki, Elenito Di Liberatore, Mauro Tonolini (hamısı İspaniya), Antonio Migel Mateu Laos, Pau Sebrian Devis (hər ikisi İspaniya)
Samara, "Samara Arena"
***
DÇ-2018-in 1/8 final mərhələsində Braziliya-Meksika
oyununun start heyətləri açıqlanıb.
Publika.az xəbər verir ki, komandalar meydana
aşağıdakı 11-liklərlə çıxacaqlar:
Braziliya: Alison, Faqner, T. Silva, Miranda, F.
Luis, Koutinyo, Kasemiro, Paulinyo, Villian, Neymar, Q. Jezus
Meksika: Oçoa, Alvares, Ayala, Salsedo, Qalyardo,
R. Markez, K. Vela, Herrera, Quardado, Lozano, X. Ernandes
Matç Bakı vaxtilə saat 18:00-da başlayacaq.
Braziliya - Meksika - 0:0 (Fasilə)
***
Bu gün Dünya Çempionatının 1/8 final mərhələsində daha iki oyun keçiriləcək.
Publika.az xəbər verir ki, ilk olaraq meydana mundialın favoritlərindən Braziliya eyni qitədən olan Meksika ilə çıxacaq.
Qrup oyularında cəmi 1 dəfə xal itirən Braziliya bu matçın favoritidir. Meksika millisi mundiala Almaniya üzərində böyükhesablı qələbə ilə start versə də, son görüşdə İsveç ilə alınan böyükhesablı məğlubiyyət komandanın gücünü şübhə altına salıb.
Digər matçda isə Belçika Yaponiya ilə üz-üzə gələcək. Bu qarşılaşmanın aşkar favoriti avropalılardır. Buna səbəb “Qırmızı şeytanlar”ın qrupda maksimum nəticə göstərməsidir.
Dünya Çempionatı
1/8 final mərhələsi
2 iyul
18:00. Braziliya - Meksika
Baş hakim: Canluka Rokki (İtaliya)
Samara. “Kosmos Arena”
22:00. Belçika - Yaponiya
Baş hakim: Malanq Dyediu (Seneqal)
Rostov. “Rostov Arena”
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
