İdman
Xorvatiya-Danimarka matçı MUNDİAL TARİXİNƏ düşdü - Qapıçılar ƏFSANƏ OLDU
2018 Dünya Çempionatının 1/8 finalında qarşılaşan Xorvatiya ilə Danimarkanın matçı mundial tarixinə düşüb.
Publika.az xəbər verir ki, normal matç müddəti 1:1 hesabı ilə tamamlanan görüşdə uzatma dəqiqələrində də hesab dəyişməyib və komandalar penaltilər seriyasına keçib.
Penaltilər seriyasında ilk vuruşu danimarkalı Eriksen edib. Tottenhemli ulduz Xorvatiyanın qapıçısı Daniel Subasiçi keçə bilməyib. Xorvatiyanın ilk vuruşu da uğurlu alınmayıb. Topun başına keçən Badelj qol vurmağı bacarmayıb. 4-cü vuruşda danimarkalı Lasse Şnö qol vurmağı bacarmayıb və hesabda balans Xorvatiyanın xeyrinə pozulub. Lakin xorvatiyalı Pivariçin penaltisini dəf edən Şmeyxel komandasını məğlubiyyətdən xilas edib. Danimarkanın 5-ci penaltisi də uğursuz alınıb və topun başına keçən Rakitiç hesabı 4:3 edərək Xorvatiyanı ¼ finala çıxarıb.
Şmeyxel, ayrıca uzatma dəqiqələrində də Luka Modriçin bir penalti zərbəsini dəf edib. Penalti vuruşlarında qapıçılar Subasiç və Şmeyxel seyvləri ilə matça damğa vurub.
Beləliklə, Xorvatiya – Danimarka matçı Dünya Çempionatı tarixində penaltilər seriyasında qapıçıların 5 penalti dəf etdiyi ilk matç olub.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
