İdman
"Real"ın kapitanı DOPİNQDƏ İLİŞDİ - Final oyunundan əvvəl...
"Real"ın futbolçusu Serxio Ramos 2016-2017 mövsümündə İtaliya "Yuventus"u ilə Çempionlar Liqasının final oyunundan əvvəl deksametazon qəbul edib.
"Report"un "Spiegel" nəşrinə istinadən məlumatına görə, 32 yaşlı müdafiəçi qarşılaşmanın ertəsi günü dopinq-testdən keçə bilməyib. Deksametazon preparatı iltihab əleyhinə effektə malikdir və ağrıları yüngülləşdirir. Bu maddəni Ümumdünya Antidopinq Agentliyi qadağan edib.
Bu hadisədən sonra Madrid klubu futbolçuların dopinq-test nümunələri üzərində çalışmış həkimləri günahlandırıb. Öz növbəsində, tibbi heyət Ramosun bu maddəni onların səhvindən qəbul etdiyini açıqlayıb. Ramos və "Real"ın həkimlərinə qarşı heç bir intizam tədbiri görülmədiyi bildirilir.
Qeyd edək ki, bu mövsüm Serxio Ramos bütün turnirlərdə 22 oyuna 9 qol vurub və 1 məhsuldar ötürmə verib. "Yuventus"la qarşılaşma "Real"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
