İdman
Milli komandamıza türk BAŞ MƏŞQÇİ təyin olundu
Karate üzrə kişilərdən ibarət milli komandaya yeni baş məşqçi təyin olunub. Bundan sonra karateçilərimizi türk mütəxəssis Bahəttin Kandaz çalışdıracaq.
Bu barədə Trend-ə Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov deyib.
Yeni baş məşqçini heyətə təqdim edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, qarşıya qoyulan məqsədələrə nail olmaq üçün ona uğurlar arzulayıb. Azərbaycan karateçiləri kimi dünyada tanınan milli komanda ilə çalışmağa dəvət olunuğundan şərəf duyduğunu ifadə edən B.Kandaz Azərbaycan karatesinin dünyadakı imicini qorumağa və ona həvalə olunan bu məsuliyyətdi işdə böyük həvəslə çalışacağını, eləcə də hədəflərə çatmaq üçün qazandığı təcrübəni əsirgəməyəcəyini bildirib. O, qarşıdakı fəaliyyət planı barədə qısa məlumat verib və nəzərdə tutulan işlərin müsbət nəticələrə səbəb olacağına inandığını söyləyib.
25 iyun 1968-ci ildə Türkiyənin Girəsun şəhərində doğulan Bahəttin Kandaz İstanbulda Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 1982-ci ildən karate ilə məşğul olan mütəxəssis, 20 illik idmançı karyerasında dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı, həmçinin klublar arası dünya və Avropa çempionu olub. 50 yaşlı mütəxəssis 2006-cı ildən məşqçi kimi fəaliyyətə başlayıb və 2014-cü ildə İsveçrənin Bazel şəhərinə klub məşqçisi kimi işləməyə dəvət olunub. Məşqçilik dövründə bir neçə yetirməsi dünya və Avropa çempionatlarının qalib və mükafatçısı olub.
B.Kandaz üç ay əvvəl Böyük Britaniyaya məşqçi kimi dəvət alsa da, bu yaxınlarda Azərbaycan milli komandasını çalışdırmaq təklifinə üstünlük verib. Böyük Britaniyada isə məsləhətçi kimi işləmək razılığına gəlib. Bahəttin Kandazın Azərbaycan milli komandası ilə ilk rəsmi yarışı, yanvarın ikinci yarısında Fransada ilin ən nüfuzlu Karate1 Premyer Liqa turniri olacaq.
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı














.jpg)





















