İdman
Professor Canan Karatay "Fənərbağça"nın qurtuluş reseptini açıqladı: "Yumurtanın sarısı ilə..."
Türkiyəli məşhur professor, daxili xəstəliklər üzrə mütəxəssis Canan Karatay yenə maraqlı açıqlaması ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, professor bu mövsüm gözlənilən performansı sərgiləyə bilməyən “Fənərbağça” komandası üçün öz formulunu verib.
Professor bildirib ki, futbolçular karbohidratla bəsləndikləri üçün 45 dəqiqə sonra yorulduqlarını, buna görə performanslarının aşağı olduğunu deyib. O, məsləhət görüb ki, futbolçular bol quzu əti yeməlidirlər:
“Futbolçuları karbohidratla bəsləməyin. Karbohidratla bəslənən futbolçunun enerjisi birinci hissədə bitər. O boyda “Fənərbağça” hər gün futbolçularına 1 quzu yedirə bilməzmi? Onları makaron ilə doydurmayın. Karbohidratla idmançı olmaz. Uşaqlar yaxşı oynayırlar. Gənc və əzmkardırlar. Ancaq ikinci hissədə enerjiləri qalmır. Biz həyat yoldaşımla matçları seyr edərkən əlavə dəqiqələr bitənə qədər bir-birimizi tuturuq. Avstraliyada açıq tennis turnirinə baxsınlar. 3-4 saat dayanmadan oynayırlar. Çünki qidaları yaxşıdır. Futbolçular yanlış istiqamətləndirilirlər. Uzunmüddətli enerjini yağ və protein təmin edir. Yumurtanın sarısı yeyilməlidir. Ancaq futbolçular onu çıxarıb ağını yeyirlər. Yumurtanın sarısı beyini işlədir. İdmançının da beyninin işləməsi vacibdir.
Mən Ərsun Yanala dedim ki, hər gün bir quzu kəssin. Bu uşaqlara quzu versəniz, heç birini tuta bilməzsiniz. 75 yaşıma gəldim, vərəm oldum. Hələ də aşağı liqaya düşmək üçün çabalayırıq”.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
