İdman
"Qarabağ" "Neftçi" ilə xal fərqini minimuma endirdi - VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
Publika.az xəbər verir ki, turun son oyununda “Qarabağ” “Qəbələ”ni qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesab erkən açılıb. 4-cü dəqiqədə Riçard Almeyda penaltidən fərqlənməklə “Qarabağ”ı önə keçirib. 28-ci dəqiqədə qonaqlar da penaltidən hesabı bərabərləşdiriblər. "Qəbələ”nin kapitanı Cavid Hüseynov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Əyalət təmsilçisinin qol sevinci uzun çəkməyib. İki dəqiqə sonra Filip Ozobiç sabiq komandasına baxımlı qol vuraraq yenidən hesabı dəyişib.
Bu nəticədən sonra ikinci pillədə qərarlaşan “Qarabağ” xallarının sayını 37-ə çatdırıb və lider “Neftçi” ilə xal fərqini birə endirib. “Qəbələ” isə 23 xalla dördüncü yerdədir.
Qeyd edək ki, günün digər matçında “Səbail” “Sabah”ı məğlub edib – 1:0. Dünən keçirilmiş oyunlarda “Keşlə” “Sumqayıt”ı 2:1 hesabı ilə üstələyib. “Neftçi” isə “Zirə” ilə heç-heçə edib – 0:0.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

