İdman
Millimiz Avropa çempionatını 4 medalla başa vurdu
Karate üzrə Azərbaycan milli komandası İspaniyanın Qvadalaxara şəhərində keçirilən Avropa çempionatını bir qızıl, bir gümüş və iki bürünc medalla başa vurub.
Azərbaycan Milli Karate Federasiyasından Publika.az-a bildiriblər ki, parakarate yarışlarında gözdən əlil idmançılar kateqoriyasında Sahib Əhədov Avropa çempionu adını qazanıb.
Fərdi kumite yarışlarında Rafael Ağayev (75 kq) gümüş, Asiman Qurbanlı (+84 kq) isə bürünc medallara sahib olublar. Millimizin aktivinə növbəti bürünc medalı Roman Heydərov (kata) yazdırıb.
İdmançılarımızdan Nuranə Əliyeva (50 kq), İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata komandamız bürünc medal uğrunda görüşdə qələbəni əldən verib. Rafiz Həsənov (67 kq) və Ayxan Mamayev (84 kq) təsəlliverici döyüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.
Bu yarışda mərhələ adlayan idmançılarımız dünya reytinq cədvəli ilə yanaşı, II Avropa və XXXII Yay Olimpiya Oyunlarına lisenziyalar üçün reytinq xallarını artırıblar. “Minsk 2019”a vəsiqə qazanan karateçilərin siyahısı yaxın günlərdə açıqlanacaq. Böyüklərin 54-cü Avropa çempionatında 51 ölkədən 508 idmançı iştirak edib. Azərbaycan medal qazanan 26 ölkə arasında onuncu yeri tutub.
Qitə çempionatının sonunda təşkilatçı ölkə kimi İspaniya Karate Federasiyasının prezidenti Antonio Marquenyo və Avropa Karate Federasiyasının (EKF) birinci vitse-prezidenti Jiri Bocek, EKF-in bayrağını 2020-cu ildə 55-ci Avropa çempionatının keçiriləcəyi Azərbaycanın nümayəndə heyətinə təqdim ediblər.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və EKF-in icraiyyə komitəsinin üzvü Yaşar Bəşirov mərasimdə EKF-in bayrağını qəbul edib.
Xatırladaq ki, növbəti qitə çempionatı gələn ilin martında Bakıda təşkil olunacaq.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

