İdman
II Avropa Oyunlarında Azərbaycanı onlar təmsil edəcək
“Minsk 2019” II Avropa Oyunlarına və Amerika Birləşmiş Ştatlarının San Dieqo şəhərində ANOC Dünya Çimərlik Oyunlarına vəsiqə qazanan Azərbaycan karateçilərinin adları bəlli olub.
Azərbaycan Milli Karate Federasiyasının Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Belarusun paytaxtında ölkəni 6 karateçi təmsil edəcək. Kumite turnirində Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də Nuranə Əliyeva (50 kq) və İrina Zaretska (68 kq), kata yarışlarında isə Roman Heydərli mübarizə aparacaq.
Karateçilər İspaniyada keçirilən sonuncu Avropa çempionatında qazandıqları reytinq xalları ilə Avropa Oyunlarında iştirak etmək hüququ əldə ediblər. Karate yarışları 29-30 iyun tarixlərində Minskin Çijovka-Arena kompleksində keçiriləcək.
Son Avropa üçüncüsü R.Heydərovun nəticəsi ona həm də ANOC Dünya Çimərlik Oyunlarında ölkəmizi təmsil etmək şansı verib. San Dieqoda 9-15 oktyabr tarixlərində mötəbər yarışın karate tirniri isə 10-11 oktyabrda olacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
