İdman
Avroliqada yarımfinalçılar müəyyənləşdi - NƏTİCƏLƏR
Bu gün Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib.
Publika.az Qol.az-a istinadən xəbər verir ki, 4 qarşılaşma ilə yarımfinalçılar bəlli olub.
"Napoli" ilk görüşdə 2 cavabsız top buraxdığı "Arsenal"ı qəbul edib və 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. "Valensiya" "Vilyarreal"a qalib gələrək yarımfinala yüksəlib - 2:0.
"Ayntraxt" Almaniyada "Benfika" ilə qarşılaşıb. 2:0 hesabı ilə qalib gələn Almaniya təmsilçisi səfər qolu sayəsində mərhələ adlayıb.
"Çelsi" Londonda "Slaviya" ilə üz-üzə gəlib və 4:3 hesablı qələbə qazanıb.
Beləliklə, "Arsenal", "Valensiya", "Ayntraxt" və "Çelsi" yarımfinala yüksəlib.
1/2 final mərhələsində "Arsenal" "Valensiya" ilə, "Ayntraxt" isə "Çelsi" ilə qarşılaşacaq.
Qeyd edək ki, yarımfinalın görüşləri 2-9 may tarixlərində keçiriləcək.
"Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə) - 0:1
Qol: Lyakazett,36
İlk oyun - 0:2
"Valensiya" (İspaniya) - "Vilyarreal" (İspaniya)- 2:0
Qol: Latorre,13 Parexo, 54
İlk oyun - 3:1
"Ayntraxt" (Almaniya) - "Benfika" (Portuqaliya) - 2:0
Qollar: Kostik, 37, Sebastyan Rode, 67
İlk oyun - 2:4
"Çelsi" (İngiltərə) - "Slaviya" (Çexiya) - 4:3
Qollar: Pedro, 5 (1:0), Deli, 10-avtoqol (2:0), Jiru, 17 (3:0), Souçek, 26 (3:1), Pedro, 27 (4:1), Petr Sevçik, 51 (4:2) 54 (4:3)
İlk oyun - 1:0
-
Hadisə09:53Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi - Foto
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi




























.jpg)



.jpg)

