İdman
Petr Çex karyerasını Bakıda bitirəcək
İngiltərənin "Arsenal" klubunun çexiyalı qapıçısı Petr Çex karyerasını mayın 29-da Bakıda bitirəcək.
Publika.az "Report"a istinadən xəbər verir ki, o bunu futbol üzrə Avropa Liqasının yarımfinalında "Valensiya"ya (İspaniya) qarşı keçirilən cavab oyunun (4:2) nəticəsini şərh edərkən deyib.
"Mənim üçün finalda kiminlə oynayacağımız önəmli deyil. Həlledici matçlara necə hazırlaşmaq barədə bilik və təcrübəm, oyun təcrübəsi sarıdan çatışmazlığımı kompensasiya etməyə kömək edəcək. Həmişə hazır olmalısan. Bu vacibdir. Dördüncü topu necə vurmağımız xoşuma gəldi. O anda düşündüm: "Biz finaldayıq".
Elə anlar olur ki, sən yaxşı oyundan sonra evə gəlirsən və düşünməyə başlayırsan ki, davam etməyə dəyərmi? Mən bir il daha artıq oynamaqdansa, gücümün tam tükənməyinə iki il qalmış getməyə üstünlük verirəm.
Mən "Arsenal" ilə finala çıxmağı arzu edirdim və bu da oldu.
Cəsarət və soyuqqanlılıq göstərib, finalda daha yaxşı oyun sərgiləmək lazımdır. Mən hər mərhələni sonuncu oyunum kimi keçirmişəm. Şadam ki, sonuncu oyunum final olacaq", - deyə Çex "BT Sport"a müsahibəsində bildirib.
Avropa Liqasının final oyunu mayın 29-da Bakıda keçiriləcək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
