İdman
AFFA-dan ağır cəza: 3 oyunçu 1 illik diskvalifikasiya edildi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Publika.az xəbər verir ki, toplantıda futzal üzrə Yüksək Liqanın "Araz” – "Xəzər Cənub” görüşündə baş vermiş neqativ hallar müzakirə olunub.
Qarşılaşmanın 25-ci dəqiqəsində rəqibi aşkar qol vurmaqdan məhrum edən "Xəzər Cənub”un üzvü Hamid Raşidi 1 oyunluq cəzalandırılıb. 48-ci dəqiqədə isə onun komanda yoldaşı Amid Şocayi hakimin qərarına etiraz etdiyindən, qırmızı vərəqə almışdı. Ona da 1 oyunluq cəza kəsilib.
Oyun başa çatdıqdan sonra baş vermiş xoşagəlməz hadisə ilə bağlı da müvafiq qərarlar qəbul edilib. "Xəzər Cənub”in futzalçıları Raşid Qalapur, Amid Şocayi, həmçinin cəzalı olduğuna görə matçı tribunadan izləyən, amma qarşılaşma başa çatdıqdan sonra meydana daxil olan İsaq Surqalı hakimə fiziki təzyiq göstərdiyinə görə 12 ay müddətinə diskvalifikasiya edilib. Hər 3 oyunçu göstərilən müddətdə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.
Qarşılaşmadan sonra hakimi təhqir edən Hamid Raşidi isə 3 oyunluq cəzaya məruz qalıb.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

