İdman
Nazir: II Avropa Oyunlarında idmançılarımızın nəticələrini uğurlu saymaq olar
Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandığı medalların sayına görə nəticələrini uğurlu saymaq olar.
Bu fikri jurnalistlərə açıqlamasında Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov söyləyib.
Nazir cüdo yığmamızın qızıl medal qazanmamasından təəssüfləndiyini bildirib: “Biz cüdoçularımızın Azərbaycana qızıl medalla qayıdacağını gözləyirdik. Təəssüflər olsun ki, bu, alınmadı. Düşünürəm ki, Azərbaycan Cüdo Federasiyası üzümüzə gələn Tokio Olimpiadasına çox ciddi yanaşmalıdır, bütün imkanları səfərbər etməlidir. Çünki bizim cüdoda çox yüksək səviyyəli komandamız var, onların güclü potensialı var”.
Güləşçilərin həmişəki kimi əldə etdiyi medallarla Azərbaycanı sevindirdiyini vurğulayan A.Rəhimov boks yığmamızda qızıl medalın qazanılmasını uğurlu nəticə kimi qiymətləndirib.
II Avropa Oyunlarının təşkilatçılıq baxımından yüksək təşkil edildiyini deyən nazir bildirib ki, burada təşkilati işlərdə azərbaycanlı mütəxəssislər də yaxından iştirak edib. Bakıda keçirilən I Bakı Avropa Oyunlarında qoyduğu standartlar Minskdə də uğurla tətbiq edilib.(Azərtac)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
