İdman
"Bakıya daha inamlı gedə bilərik" - "Dundalk"ın məşqçisi
"Bu, böyük qələbədir. Avrokubok oyunlarından sonra çempionat matçları çətin keçir. Amma düşünürəm ki, futbolçularımız bu işin öhdəsindən mükəmməl gəldilər. Görüşün startından sonuncu dəqiqəyə kimi əsl peşəkarlıq nümayiş etdirdilər. Layiqli 3 xal qazandıq".
Qol.az xəbər verir ki, bu sözləri "Dundalk"ın məşqçisi Ruaydri Higgins klubun rəsmi saytına açıqlamasında deyib.
İrlandiya çempionatının 27-ci turunda "Sent Patrik`s Atletik" üzərində 0:1 hesablı səfər qələbəsini dəyərləndirən mütəxəssis Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Qarabağ"la keçirəcəkləri cavab matçına da toxunub:
"İlk 15 dəqiqədə rəqibin bizi təzyiq altında saxlayacağını bilirdik. Bundan sonra isə nəzarət tamamilə bizə keçdi. Artıq Bakıya daha inamlı gedə bilərik. Özümüzə güvənirik. "Qarabağ"la oyuna qədərki işimizin öhdəsindən gəldik. Komanda avrokubok matçına tam hazırdır. Futbolçular özləri də bunu sübut etdilər".
Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dundalk" oyunu yerli vaxtla 21:00-da başlayacaq. Komandalar arasında Dublində keçirilən ilk matçda qalib müəyyənləşməyib - 1:1.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
