İdman
Qurban Qurbanov: Nə qədər çətin olsa da...
Vacib oyuna hazırlaşırıq. Cavab matçında daha diqqətli olmalıyıq. Hər iki komanda çox istəklidir. Onlar da qalib olmaq istəyirlər. Nə qədər çətin olsa da hamını sabah maraqlı oyun gözləyir. Çalışacağıq ki, uğurlu nəticə əldə edək.
Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İrlandiya "Dundolk"u ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində deyib.
47 yaşlı mütəxəssis "Azərsun Arena"da baş tutan mətbuat konfransında bildirib ki, zədəli olan Bədavi Hüseynovun durumunun yaxşı olmadığını söyləyib: "Bədavi Hüseynov fərdi məşqlərə də başlamayıb. Məşqlərə başladı, amma hiss etdi ki, yaxşı deyil. Dünən müayinədən keçdi və qərara alındı ki, müalicə davam etməlidir. Digərlərə gəlincə isə tam hazır olmasalar da, vəziyyətləri yaxşıya doğru gedir".
Məşqçi Maqaye Qeye və Rerras Faysayın da durumuna aydınlıq gətirib: "Hazırlıqları daha yaxşıdır. Amma öz optimal formalarından uzaqdırlar. Əsas heyətdə olmayacaqlar. Ən azından birinin "18-lik"də olmaq ehtimalı var".
Qurbanov bütün rəqiblərə qarşı bəzi dəyişikliklərin olduğunu diqqətə çatdırıb: "Öz oyun üslubumuzu qoruyub saxlamağa çalışmışıq. Rəqibin qarşısını da almaq lazımdır. Onların oyununu analiz etmişik. Öz oyunumdan da imtina etməyəcəyik".
Təcrübəli mütəxəssis Avropa Liqasında mübarizə aparan "Neftçi" və "Qəbələ"yə uğurlar arzulayıb: "Avrokubokda xallara ehtiyacımız var. Ölkə reytinqi yaxşılaşmalıdır. Keçmək bir yana qələbə ilə mərhələ adlamaq daha yaxşı olar".
Məşqçi Mahir Emrelinin İspaniya klubuna keçəcəyi ilə bağlı suala isə cavab verməyib. O, sabahkı matçı düşündüklərini və fikirlərini bu qarşılaşmaya yönəltdiklərini vurğulayıb.
Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dundolk" matçı saat 21:00-da başlanacaq (Report).
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
