İdman
Rəqib baş məşqçi "Qarabağ"la oyundan danışdı
"Uzun səyahət oldu. Hər şey yaxşıdır. Az sonra meydana çıxıb məşq edəcəyik. Komandamız matça hazırdır. Məşqdən sonra iclas olacaq".
Bu fikirləri İrlandiyanın "Dundolk" klubunun baş məşqçisi Vinni Pert "Qarabağ" ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində deyib.
43 yaşlı mütəxəssis "Dalğa Arena"da baş tutan mətbuat konfransında bildirib ki, birinci oyundakı heç-heçədən (1:1) sonra "Qarabağ" daha yaxşı vəziyyətdədir: "Bizim bir arzumuz var. Rəqibə qarşı rəqabət aparmaq istəyirik. Növbəti mərhələ üçün əlimizdən gələni edəcəyik".
Məşqçi Ağdam təmsilçisinin topa daha çox nəzarət edən tərəf olacağını vurğulayıb: "Daha keyfiyyətli hücumlar etməyə çalışacağıq. Sabahkı matç çox vacibdir. Penaltilərə hazırıq. Nəzərə alsaq bundan öncəki mərhələdə penalti seriyasında qələbə qazanmışıq. Bu baxımdan bizdə təcrübə var. Düşünürəm ki, sabahkı matçın taleyi 90 dəqiqə ərzində həll olunacaq".
Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dandolk" matçı saat 21:00-da başlayacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
