İdman
“Qarabağ”dan möhtəşəm qələbə - VİDEO (YENİLƏNDİ)
Oyun "Qarabağ"ın 3-0 hesablı qələbəsi ilə başa çatır və Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanır.
***
22:46
87-ci dəqiqədə "Qarabağ" 3-cü topu vurur. Xayme Romero dubl edir: 3-0.
***
22:36
"Qarabağ" 76-cı dəqiqədə Ailton Silvanın qolu ilə üstünlüyünü 2 topa çatdırır: 2-0
***
21:12
12-ci dəqiqədə "Qarabağ" hesabı açdı. Komandamızın heyətində Xayme Romero fərqləndi: 1-0.
***
21:00
"Qarabağ" - "Dundalk" oyunu başladı.
***
19:46
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində saat 21:00-da başlayacaq "Qarabağ" - "Dundalk" cavab oyunu üçün heyətlər açıqlanıb.
Publika.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandalar meydana aşağıdakı tərkibdə çıxacaq:
"Qarabağ": Vaqner da Silva, Maksim Medvedev, Rahil Məmmədov, Rəşad Sadıqov (k), Ailton Silva, Riçard Almeyda, Miçel, Filip Ozobiç, Xayme Romero, Abdullah Zubir, Mahir Emreli
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Dani Kintana, Abbas Hüseynov, Maqaye Qeye
"Dundalk": Qari Rocers, Şon Qennon, Şon Hoare, Kris Şildz, Maykl Daffi, Patrik Hoban (k), Ceymi Makqret, Patik Makeleni, Deyn Massey, Kliri, Endi Boyl
Ehtiyat oyunçular: Makkeri, Qartland, Mauntni, Georgi Kelli, Mürrey, Daniel Kelli, Carvis
Oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Svein Oddvar Moen olacaq.
Qeyd edək ki, İrlandiyadakı ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. “Qarabağ” komandası “Dundalk” səddini keçərsə üçüncü təsnifat mərhələsində Kiprin APOEL klubu ilə görüşəcək. Ağdamlılar məğlub olacaqları təqdirdə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Slovakiyanın “Slovan” klubu ilə üz-üzə gələcəklər.
***
09:08
Bu gün 2019/2020 avrokubok mövsümündə II təsnifat mərhələsinin növbəti cavab oyunları keçiriləcək.
Publika.az-ın məlumatına görə, Çempionlar Liqasında (ÇL) 5, Avropa Liqasında isə 1 görüş baş tutacaq.
Azərbaycan çempionu "Qarabağ" ÇL-in II təsnifat mərhələsinin cavab oyununda İrlandiya "Dundolk"unu qəbul edəcək.
UEFA Avropa Liqasındakı yeganə matçda isə Serbiyanın "Çukariçki" kollektivi Norveçin "Molde" klubunun müqavimətini qırmağa çalışacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
20:00. HİK (Finlandiya) - “Srvena Zvezda” (Serbiya)
İlk oyun - 0:2
21:00. AIK (İsveç) - “Maribor” (Sloveniya)
İlk oyun - 1:2
21:00. “Qarabağ” (Azərbaycan) - “Dundolk” (İrlandiya)
İlk oyun - 1:1
21:00. “Rusenborq” (Norveç) - BATE (Belarus)
İlk oyun - 1:2
21:45. “Kopenhagen” (Danimarka) - TNS (Uels)
İlk oyun - 2:0
Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunu
22:45. "Çukariçki" (Serbiya) - "Molde" (Norveç)
İlk oyun - 0:0
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
