İdman
Fritz Ştuxlik futbolda radikal dəyişiklikləri AÇIQLADI: Qol olmasa, sarı kart veriləcək - - FOTO
AFFA Hakimlər Komitəsi 2019/2020 mövsümündə oyun qaydalarına dəyişikliklə bağlı KİV nümayəndələri üçün seminar təşkil edib.
Publika.az xəbər verir ki, seminarı sabiq FİFA referisi, Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik idarə edib.
Mütəxəssis qonaqların diqqətinə çatdırıb ki, son 4 ildə oyun qaydalarına 210 dəyişiklik edilib. Bu dəyişikliklər oyuna birbaşa təsir etməsə də, builki yeniliklər birbaşa oyunun nəticələrini dəyişə biləcək. Buna görə də mediada oyunlarda mübahisəli məqamların müzakirəsində bu dəyişikliklərdən xəbərdar olmaq və tətbiq etmək mütləqdir.
1. Oyun vaxtının səmərəsi (əvəzetmə)
Adətən, hesabda üstün olan komandanın oyunçusu əvəzetmə zamanı uzaq küncə gedirdi ki, vaxt qazansın. İndi isə dəyişilməsi tələb olunan oyunçu meydançanın ən yaxın sərhəd xəttindən çıxacaq. Əvəz edilən oyunçu ya texniki zonaya, ya da soyunma otağına getməlidir. Bu qaydaya hörmət etməyən oyunçu kartla cəzalandırılacaq. Əgər qayda pozan oyunçu 2-ci sart kartı əvəzetmə zamanı alacaqsa, bu, qırmızıya çevriləcək. Baş məşqçi məcbur olacaq ki, ikinci bir oyunçunu oyundan çıxarsın. Hakimin kartla cəza tətbiq etməsi məcburidir. Zədə səbəbindən oyunçu dəyişikliyi varsa, bu zaman hakim icazə verə bilər ki, oyunçu 4-cü hakimin yanından meydanı tərk etsin. Çünki meydana həkim briqadası daxil olanda, onsuz da, hakim əlavə 1 dəqiqə artırır. Bu zaman vaxtın boşa getməsi məsələsi olmayacaq.
Əlavə olaraq, bundan sonra texniki zonadakı şəxslər də kartla cəzalandırıla biləcək. Əvvəlcə hakim şifahi xəbərdarlıq edəcək, situasiya təkrarlanarsa, hakim onu kartla cəzalandıracaq. Əgər baş hakim texniki qaydada qayda pozuntusunu kimin həyata keçirdiyini tapa bilməsə, bu zaman məsuliyyəti baş məşqçi daşıyacaq və cəzanı o alacaq. Burada hansı texniki işçinin qaydanı pozmasınının heç bir fərqi olmayacaq.
2. Penalti zərbəsi epizodu
Zədə alan oyunçuya həkim müdaxiləsi vardısa və bu zaman rəqib sarı və ya qırmızı kart alırdısa, zədəli oyunçu məcbur idi ki, meydançanı tərk edib yenidən geri qayıtsın. Lakin dəyişikliklə oyunçu baş hakimi məlumatlandırmalıdır ki, penalti zərbəsini o, özü yerinə yetirəcək. Bundan sonra o, penalti epizodu zamanı meydanda qala bilər. Bu zaman meydanı tərk etməyə ehtiyac qalmayacaq. Burada oyunçunun hakimi məlumatlandırması mütləqdir.
Hakimin etdiyi hava atışında topu olduğu kimi ortada saxlamaq dövrü geridə qaldı. Artıq son oynayan komanda hansı olsa, hakim topu birbaşa ona verəcək. Bu zaman futbolçular hakimdən 4 metr kənarda dayanacaq. Yalnız bir oyunçu hakimin yanında qalacaq. Beləliklə, topu alan komanda hücumuna qaldığı yerdən davam edəcək. Lakin ilk cəhddə vurulan zərbə qol sayılmayacaq. Topa ən az iki zərbə vurulmalıdır.
3. Əllə oynamaq
Əllə oynamaq epizodunda prinsiplərlə hərəkət ediləcək. Burada əlin bədənə bitişik, yaxın və uzaq olması əhəmiyyətlidir. Əgər yerə yıxılan zaman oyunçu yıxılmaqdan özünü əli ilə müdafiə edirsə və bu zaman top ələ dəysə, bu, qayda pozuntusu sayılmır. Epizodun davamında əl çiyindən yuxarı qalxırsa, bu zaman qayda pozuntusu qeydə alınır. Top oyunçunun bədənindən əlinə sıçrayırsa, bu zaman cəzalandırılmır. Lakin top ələ dəyən zaman əl çiyindən yuxarıdırsa, bu zaman epizod risk daşıyır və oyun dayanır. İstənilən epizodda əllə oynama varsa və bu qolla nəticələnirsə, hər zaman oyun saxlanılacaq.
4. Cərimə meydançasında hücum epizodu
Əgər cərimə meydançasında qayda pozuntusu qeydə alınıbsa, hakim kartla cəzalandırılma üçün oyunu dayandırmaya bilər. Belə ki, rəqib komandanın təhlükəli epizodla nəticələnə biləcək hücum üçün şansı varsa, hakim oyunun davam etməsinə icazə verəcək. Burada qırmızı kartla cəzalandırılacaq epizod olsa belə oyun davam edəcək. Lakin hücum edən komanda nəzərə almalıdır ki, hücum qolla nəticələnməsə, hakim qayda pozan şəxsə qırmızı yox, sarı vərəqə göstərəcək.
5. Canlı sədd
Standart vəziyyətlərdə canlı sədd qurulanda rəqib komandanın oyunçusu qapısını müdafiə edən canlı səddə ən az 1 metr uzaq dayanmalıdır. Bu zaman canlı səddə yarana biləcək xaosun, hətta sarı və qırmızı kartla nəticələnə biləcək epizodların yaranmasının qarşısı alınacaq. Əgər qayda pozulsa, hakim epizodu ləğv edəcək, sərbəst zərbə ilə top rəqib komandaya ötürüləcək.
6. Penalti epizodu
Penalti zərbəsi zamanı qapıçının hər iki ayağının qapı xətti üzərində olmasına ehtiyac yoxdur. Bir ayağının irəlidə, digərinin qapı xətti üzərində olması qəbulediləndir. Lakin qapıçı zərbə vuran futbolçunun fikrini yayındıracaq hərəkətlər edə bilməz.
7. Əllə top götürmə
Qapıçı uğursuz ötürmə edərsə, bu zaman növbəti cəhddə topu əli ilə götürə bilər. Beləliklə, qapı qarşısında yarana biləcək təhlükəli vəziyyətin qarşısı alınır.
8. Köynəkçıxarma
Bundan sonra qol vurandan sonra futbolçunun köynəyini çıxarması bütün hallarda qayda pozuntusu hesab olunacaq. Burada qol sayılsa da, sayılmasa da, oyunçu cəzalandırılacaq.
9. Top hakimə dəysə...
Topun hakimə dəyməsi əvvəlki qaydaya görə, təbii sayılırdı. Oyun kəsilmədən davam edirdi. Yeni qaydalarda top hakimə dəyəndə, oyun dayanacaq və hakimin atışı ilə yenidən başlayacaq.
Zümrüd
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var