İdman
Həbib amerikalı döyüşçü ilə döyüşəcək
Sentyabrın 7-də Dağıstan çempionu Həbib Nurməhəmmədovla amerikalı döyüşçü Dastin Puarye arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə döyüşçülərin mütləq çempionatı (UFC) üzrə döyüş keçiriləcək.
Publika.az xəbər verir ki, UFC kateqoriyası üzrə ən güclü idmançılardan biri hesab edilən H.Nurməhəmmədov indiyədək bu kateqoriya üzrə qalibiyyət kəmərini iki dəfə qorumağı bacarıb.
O, UFC döyüşlərində 27 dəfə qalib gəlib. D.Puarye isə çempionluq uğrunda ilk dəfə mübarizəyə qoşulacaq. O, 12 dəfə nokaut etməklə 25 dəfə qələbə qazanıb və 5 dəfə məğlub olub.
UFC çempionu Həbib Nurməhəmmədovla rəqibi arasında keçiriləcək qarşılaşmaya biletlərin hamısı satılıb.
Məlumata əsasən, döyüşə biletlərin qiyməti təxminən 70-2200 dollar təşkil edib.
Xatırladaq ki, rusiyalı idmançı ötən il oktyabrın 7-də irlandiyalı Konor Makqreqora Las-Vegas şəhərində keçirilən və əsrin döyüşü adlanan döyüşdə qalib gələrək dünya çempionu kəmərini müdafiə edib. H.Nurməhəmmədovun həmin döyüşdən əldə etdiyi qonorar iki milyon dollar olub.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)



















.jpg)

.jpg)