İdman
Emrah Çəlikəl: Bizə qarşı tərbiyəsizlik edən ölkənin cavabını layiqincə verdik
"Qələbə ilə qayıtdığımıza görə çox sevincliyik. Matçda xoşagəlməz hadisələr yaşandı. Ancaq biz öz mədəniyyət və fəlsəfəmizlə Azərbaycana yaraşan şəkildə ölkəmizi təmsil etdik".
Publika.az xəbər verir ki, bu fikirləri jurnalistərə açıqlamasında "Qarabağ"ın direktoru Emrah Çəlikəl Lüksemburqda "Düdelanj" üzərində 4:1 hesablı qələbə qazandıqları Avropa Liqasının II tur matçı barədə danışarkən deyib.
Klub rəsmisi həmin qarşılaşmada hadisələrin böyüməməsi üçün əllərindən gələni etdiklərini bildirib: "Qələbəmizlə bizə qarşı tərbiyəsizlik edən ölkənin cavabını layiqincə verdik. Lüksemburqda bizdən üzr istədilər. Oyunda hər hansı bir hadisənin yaşanmayacağına söz verdilər. Biz ona görə matça davam etdik. Burada Lüksemburqu günahlandıra bilmərik, mənfur düşmənlərin etdiyi əməldir. Onlar da lazım olan tədbirləri gördülər".
Əhrah Çəlikəl deyib ki, bu cür təxribatlara hazır olmalıdırlar: "Biz futbol oynayırıq. Ən gözəl cavabı oyunumuzla və qələbələrimizlə verəcəyik. Bunu indi bacardıq. İnanıram ki, gələcəkdə də yaxşı nəticələrə nail olmağa çalışacağıq. Biz futbol klubuyuq. Azərbaycanı təmsil edirik. Bunu da layiqincə yerinə gətirməyə çalışırıq. AFFA lazım olan tədbirləri görəcək və onlarla birlikdə işləyəcəyik. Biz həmin an baş katib Elxan Məmmədovla əlaqədə idik. Mənə tez-tez zəng edirdi və onu məlumatlandırırdıq".
Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.
AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya bəyanat yayaraq baş verənləri pisləyib.
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”




































