İdman
APOEL-in baş məşqçisindən "Qarabağ" etirafı: "İkinci yarıda topa daha çox sahib oldu"
"Hər iki komanda güclü idi. Çox gərgin oyun oldu. "Qarabağ" ən son oynadığımız matça nisbətən yaxşı oyun sərgilədi. Komandamın ruhuna görə çox sevindim. Hər iki tərəf əlindən gələni etdi. İkinci yarıda "Qarabağ" topa daha çox sahib oldu. 0:1 hesabı ilə geridə olsaq da, birinci hissəni 2:1 öndə tamamladıq. Bunu rəqibə belə bir dəstəyin olduğu stadionda etdik. Daha sonra rəqib bərabərlik qolunu vurdu. 1 xala görə razıyam".
Publika.az xəbər verir ki, bu fikirləri Kiprin APOEL komandasının baş məşqçisi Tomas Doll UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la Bakıda heç-heçə (2:2) etdikləri oyundan sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis qrupdakı şanslarından da söz açıb: "Bilirik ki, bir xalla qrupdan çıxmaq mümkün deyil. Ancaq evdə "Qarabağ"ı məğlub etdikdən sonra böyük şansımız olacaq. Xallarımızı bərabərləşdirə bilərik. Niyə də qalib gəlməyək? Biz bu gün güclü komandaya qarşı oynadıq. "Qarabağ"la səfərdə oynayan komandalar hər zaman problem yaşayırlar".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


















.jpg)
















.jpg)
.jpg)
