İdman
Qurbanov Rəşadın səhvindən danışdı: "Məni narahat etmir"
"Hamımız üçün maraqlı oyun oldu. Meydanda yaxşı mübarizə və qollar var idi. Azarkeş də bunun üçün stadiona gəlir. Hər birini göstərə bildik. Bu matç bütün komandaya çox şey verdi. Hesabda geri olsaq da, sona kimi soyuqqanlı çıxış etdik. Futbolçuları təbrik edirəm. Möhtəşəm azarkeşlər var idi. Bu gün tam birlik gördüm"
"Report"un məlumatına görə bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakı Kipr APOEL-i ilə heç-heçə (2:2) etdiləri oyundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis bildirib ki, epizodlarl sağa-sola xərcləməyiblər: "Rəqibin müdafiədəki oyununu nəzərə almaq lazımdır. 1-2 epizod istisna, digərləri mübarizə şəraitində idi. Həmin anda dəqiq zərbə vurmaq asan deyil. Mahir Emreli hazırda formada deyil. Zədədən yeni qayıdıb. Yaxşı oynadıq və qol epizodları yaratdıq. Hər oyun hansısa oyunçumuz fərqlənə bilər. Daha sərrast olmaları üçün futbolçuların üzərində işləyirik".
Təcrübəli məşqçi oyundan razı qaldığını sözlərinə əlavə edib: "Bu rəqibə son matçda uduzmuşduq. Bu gün isə hesabda geri düşdük və geridönüş etmək çətin idi. Başqa kollektivə qarşı bəlkə də asan olardı. Fasilədə danışdıq ki, hamı soyuqqanlı olmalıdır. Hazırlaşdığımız oyunu göstərə bildik. Bu baxımdan razı qaldım.
Qurbanov qarşılaşmada dəyişikliklərdən istifadə etməməsindən də danışıb: "Matçın gedişində dəyişiklik barədə düşündüm. Ancaq elə oldu ki, buna ehtiyac duymadım. Bəzən belə oyunlarda stress daha çox olur. Ehtiyat etdim ki, oyunumuz pozula bilər. Rəqib də bu gün fərqli çıxış etdi".
Məşqçi qrupdan çıxmaq şansları barədə də fikirlərini bölüşüb: "Hazırda hər üç komandanın şansı var. Görünən odur ki, hər şey son oyunda bəlli olacaq. Hazırda öndəyiksə, çalışacağıq ki, bunu qoruyub saxlayaq. Hansısa kollektivin daha şanslı olduğunu deyə bilmərəm. Hər zaman öz oyunumuzu daha da yaxşılaşdırmaq istəmişəm. Ev matçı ilə səfər oyunu tam fərqli olur. Evdəki komandanın hücum etmək şansı daha çox olur".
Qurbanov kapitan Rəşad Sadıqovun çıxışı barədə də danışıb: "Futbolda səhvsiz oyunçu olmur. Oyunçularımızın qədrini bilməliyik. Bir epizodla futbolçuya qiymət vermək heç də düzgün deyil. Birinci qolda top Maksim Medvedevin belinə dəydi və qapıya daxil oldu. Yaxşı ki, Rəşada dəyməyib. Onun qədrini bilməliyik. Belə fikirlər məni narahat etmir. Oyunçularla daim ünsiyyətdə oluruq. Onlara tövsiyələr etmişəm ki, belə söz-söhbətlər işimizə mane olmasın. Azarkeşin haqqıdır, məni də istefaya səsləyə bilər. Deyə bilərlər ki, karyerasını başa vursun. Bütün fikirlərə hörmətlə yanaşıram. Emosional olaraq belə fikirlər səsləndirə bilərlər, amma hamısının bizimlə olduğunu bilirəm".
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?