İdman
Azərbaycanın 4 idmançısı dopinqdən istifadəyə görə CƏZALANDIRILDI
Azərbaycanın daha 4 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.
Publika.az-ın Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar güləşçilər Əli Əminzadə ilə Azərşakib Məhəmməd, güllə atıcısı Jalə Bayramova və ağırlıqqaldıran Vasif Səforovdur.
Bütün idmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub.
Orqanizmində ekzogen, dehidroxlorometil-testosteron metaboliti tapılan Əminzadə 4 illik cəzaya məruz qalıb. Onun cəzası 2018-ci il martın 28-dən hesablanır.
Digər güləşçi Azərşakib Məhəmməd isə metenolon metaboliti maddəsinə görə eyni müddətə diskvalifikasiyaya olunub. Sanksiyanın başlama tarixi 2019-cu il iyulun 1-dən hesablanır.
Ağırlıq qaldıran Vasif Səforovun da cəzası 4 illikdir. Ekzogen əsilli “5aAdiol” və “5bAdiol” maddəsinə görə günahlandırılan idmançının cəza müddəti 2019-cu il aprelin 9-da başlayıb.
Nəhayət, güllə atıcısı Jalə Bayramova isə 2 illik cəza ilə üzləşib. Atimulyantlar/amfetamindən maddəsi aşkarlanan idmançının sankiyası 2021-ci il avqustun 9-da başa çatacaq.
Qeyd edək ki, AMADA bunadək dopinqdən istifadəyə görə 49 idmançıya sanksiya tətbiq edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
