İdman
Azərbaycan Premyer Liqasının oyununda insident
"Kapital Bank Arena"da "Sumqayıt" və "Zirə" arasında keçirilən Azərbaycan Premyer Liqasının XVI tur matçında futbolçular arasında münaqişə baş verib.
Publika.az-ın məlumatına görə, insident 37-ci dəqiqədə qonaq komandadan İlkin Muradovun yerli futbolçu Əmir Ağayevi top uğrunda mübarizə zamanı sifətinə zərbə endirməsindən sonra yaranıb. Baş hakim Orxan Məmmədov Muradova ikinci sarı vərəqəni verərək, meydandan qovub.
Hadisə yerinə digər futbolçular və texniki zonadakılar da özlərini çatdırıblar. Nəticədə onlar arasında kütləvi toqquşma baş verib. Bu zaman "Zirə"nin kapitanı Cavid Hüseynov, eləcə də Əmir Ağayev və Peyman Babayi xüsusi "fəallıq" göstəriblər.
Bir neçə dəqiqədən sonra ara sakitləşib. Referi hər üç oyunçuya sarı vərəqə göstərib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir











.jpg)






.jpg)




.jpg)












