İdman
Tanınmış idmançılarımız kampaniyaya qoşuldu - FOTO
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 9 aprel - Beynəlxalq Təmiz İdman gününə həsr olunmuş kampaniyaya başlayıb.
AMADA-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycanın 12 idmançısı - İlham Zəkiyev, Hacı Əliyev, Rəsul Çunayev, Fəridə Əliyeva, Fuad Qurbanov, Aynur Məmmədova, Nazim Babayev, Ayan Xankişiyeva, Siyana Vasileva, Kamran Şahsuvarlı, Rüstəm Orucov və Ruslan Abışovdan ibarət İdmançılar Məsləhətçi Komissiyası da kampaniyaya qoşulub.
Onlar idmanın ruhu və mahiyyəti olan etika, ədalətli oyun və dürüstlüyə hörmətlərini nümayiş etdiriblər. Sosial özünütəcrid mühitindən təsirlənmələrinə baxmayaraq, idmançılar dəstək və birliklərini göstəriblər.
Müxtəlif yaş qrupları, idman növləri, millət və cinsindən olan idmançılar təmiz və təhlükəsiz idman şüarları ilə markalanmış xüsusi ruhlandırıcı videoda iştirak etmək təşəbbüsü ilə razılaşıblar. Topu havada saxlayaraq onu digər idmançıya ötürmək məqsədilə videoda nümayiş etdirilən hərəkətlər ümumi antidopinq ictimaiyyətinin idmanda dopinqlə birlikdə mübarizəsini əks etdirir.
Qeyd edək ki, Təmiz İdman günü idmançılar, idman ictimaiyyəti və digərləri arasında dopinqə qarşı qlobal mübarizə haqqında məlumatlandırma məqsədini daşıyır. Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqlə mübarizənin daha bir ilini və qlobal şəkildə təmiz idman konsepsiyasını davam etdirir.

-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
