İdman
BOK yeni plan hazırlayır
Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronavirus pandemiyası ilə əlaqədar vəziyyəti nəzərə alaraq sentyabradək Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunları üçün yeni plan hazırlığını başa çatdıracaq.
Publika.az xəbər verir ki, BOK və Tokio Olimpiadasının təşkilat komitəsi yarışların xərclərini son smetada 200 punktdan çox azaltmağın mümkünlüyünü nəzərdən keçirəcək. Daha sonra BOK beynəlxalq idman federasiyalarına Oyunların ilkin planını göndərəcək. Təşkilatlar infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlərlə bağlı məsələləri müzakirə etməlidirlər.
Bundan əvvəl “Tokio-2020”nin təşkilat komitəsinin rəhbəri Yoşiro Mori və Tokio qubernatoru Yuriko Koike koronavirus pandemiyası ilə əlaqədar oyunları sadələşdirməklə bağlı əməkdaşlıq edəcəklərini təsdiqləyiblər. Y.Koike bildirib ki, müxtəlif variantlar nəzərdən keçirilir. Bu ərəfədə nüfuzlu “Yomiuri Shimbun” qəzeti hökumətin yarışları tam formatda keçirmək niyyətində olduğunu, lakin hələ də davam edən koronavirus pandemiyasına görə Oyunların sadələşdirilmiş variantda təşkilinin müzakirə edildiyini bildirib. Bununla əlaqədar stadionlardakı tamaşaçıların sayının azaldılacağı da qeyd edilib. Mənbələrə görə, Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edənlərin sayı azaldıla bilər. Stadionlarda tamaşaçı sayına da məhdudiyyət qoyulacaq. Yaponiya tərəfi yalnız idmançılar və komanda üzvləri üçün deyil, bütün azarkeşlər üçün də koronavirusa görə məcburi testin keçirilməsi variantını nəzərdən keçirir.
Tokio Olimpiadası 2020-ci ildə iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarışlar bir il sonraya təxirə salınıb. Yarış 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

