İdman
Azərbaycan idmançıları 12 illik diskvalifikasiya edildi
Azərbaycanın daha 2 idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Publika.az-a verilən məlumata görə, Həsənbəy Həsənzadə və Kamran Orucov diskvalifikasiyaya məruz qalıb.
Ağırlıqqaldıran Həsənzadədən alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində Ekzogen AAS/ oksandrolon, həmçinin Ekzogen AAS/ oksimetolon metabolitləri və metasteron tapılıb. O, bu səbəbdən 144 ay (12 il) cəzalandırılıb. Atletin diskvalifikasiya müddəti 2019-cu il martın 11-dən hesablanmağa başlanılıb və 2031-ci il martın 11-də bitəcək.
Bir dəfə boks üzrə Azərbaycan çempionatında qüvvəsini sınamış Orucov da cəzaya məruz qalıb. Əsas idman növü kikboksinq sayılan Kamran 2 il yarışlara qatıla bilməyəcək. Onda Stimulyantlar/ 4-methylhexan-2-amine (methylhexaneamine) aşkarlanıb. İdmançının cəzası 2022-ci il mayın 8-də başa çatacaq.
Qeyd edək ki, AMADA daha öncə 53 idmançımıza cəza tətbiq edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
