İdman
"Fənərbağça" liderliyə yüksəldi
Noyabrın 2-də futbol üzrə Türkiyə çempionatının yeddinci turunun sonuncu gününün qarşılaşmasında "Fənərbağça" səfərdə "Antalyaspor"un qonağı olub.
Publika.az xəbər verir ki, gərgin keçən görüşün 43-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Adis Yahoviç qımızı kart alaraq komandasını azlıqda qoyub. Matçda hesabı 49-cu dəqiqədə İstanbul təmsilçisinin yarımmüdafiəçisi Ozan Tufan açıb. Cəmi üç dəqiqə sonra Antalya klubu hesaba tarazlıq gətirib. Lukas Podolski komandasının bərabərlik qoluna imza atıb. Lakin "Fənərbağça" 84-cü dəqiqədə qələbə topunu vurmağa müvəffəq olub. Qonaqların argentinalı yarımmüdafiəçisi Dieqo Perotti komandasına 3 xal qazandıran qolun müəllifi olub.
Günün digər "Hatayspor" - "Sivasspor" matçında isə qalib müəyyənləşməyib -1:1.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Beşinci turda "Dənizlispor" istirahət edib.
Hazırda çempionatın turnir cədvəlinə 17 xalla "Fənərbağça" başçılıq edir. Ondan bir xal geri qalan "Alanyaspor" ikinci, 13 xala malik "Qalatasaray" isə üçüncü pillədə qərarlaşıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)



















.jpg)

.jpg)
