İdman
PFL Avropa Peşəkar Futbol Liqalarının iclasında iştirak etdi
Peşəkar Futbol Liqası (PFL) Avropanın bir çox ölkələrinin əsas futbol liqaları təşkilatlarının üzvü olduğu Avropa Peşəkar Futbol Liqalarının cari ilin yekununa dair umumi assambleyasının videokonfrans formatlı iclasında iştirak edib.
Publika.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Avropanın "böyük beşlik" liqalarının da yer aldığı təşkilat milli çempionatlar arasında koordinasiyanın təşkil olunması, oyunların keçirilməsinin inkişafı və peşəkarlığın qazanılması baxımından önəmli bir mərkəzdir. Hər il ənənəvi olaraq 2 dəfə əsasən üzv ölkələrdən birində keçirilən sözügedən iclas bu il COVID-19 pandemiyası səbəbi ilə onlayn formatda baş tutub.
İclasa başçılığı qurumun hazırkı prezidenti Lars-Krister Ollson edib. Gündəlikdə duran əsas məsələlərin müzakirəsi zamanı UEFA klub yarışlarının gələcəyi, həmçinin, pandemiya dövründə oyunların düzgün təşkil edilməsi üçün təşkilat çərçivəsində üzv liqalar arasında fikir və təcrübə mübadiləsinin bundan sonra da aparılmasının önəmli olduğu vurğulanıb.
PFL futbolun gələcəyi üçün həmrəyliyin vacibliyini, qurumla və digər üzv liqalarla əməkdaşlığın klub futbolunun inkişafına töhfə verdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb və pandemiya ilə bağlı təcrübəsini bölüşüb.
Peşəkar Futbol Liqasının üzv olduğu təşkilatın işçi qruplarında və aylıq iclaslarında iştiraka bundan sonra da davam edəcəyi bildirilib.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































