İdman
Mesut Özil "Fənərbağça"da debüt etdi
Fevralın 2-də futbol üzrə Türkiyə çempionatının XXIII turunun birinci qarşılaşmasında “Fənərbağça” səfərdə “Hatayspor”un qonağı olub.
Publika.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 26-cı dəqiqədə İstanbul klubunun hücumçusu Mame Babe Tiam açıb. 77-ci dəqiqədə "Fənərbağça"nın yeni transferi Mesut Özil meydana daxil olaraq, komandasında debüt edib. O, qolun müəllifini əvəzləyib. Matçın 88-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Jean Klaude Billonq topu səhvən öz qapısından keçirib. Aaron Boupendza vurulan qollardan birinin əvəzini çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Beləliklə, “Fənərbağça” səfərdə “Hatayspor”u 2:1 hesabı ilə məğlub edib.
Günün digər matçında İstanbul derbisi keçiriləcək. “Qalatasaray” öz meydanında “Başakşəhər”i qəbul edəcək. Digər matçda isə “Rizəspor” doğma meydanda “Kasımpaşa” ilə üz-üzə gələcək.
Turun digər oyunları aşağıdakılardır:
“Sivasspor” - “Ərzurumspor”;
“Fatih Karagümrük” – “Qaziantep”;
“Kayserispor” - “Alanyaspor”;
“Antalyaspor” – “Beşiktaş”;
“Konyaspor” – “Gənclərbirliyi”;
“Göztəpə” – “Yeni Malatyaspor”;
“Trabzonspor” - “Dənizlispor”.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 48 xalla “Fənərbağça” başçılıq edir. İkinci pillədə 44 xal toplayan “Beşiktaş”, üçüncü pillədə isə 42 xala malik olan “Qalatasaray” qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXIII turda “Ankaragücü” istirahət edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
