İdman
“Neftçi” “Şəmkir”in rekordunu təkrarladı
“Qarabağ” Azərbaycan çempionatları tarixində 400-cü ev oyununu keçirib.
Publika.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin yubileyi Premyer Liqanın XV turunun “Neftçi” ilə matçına təsadüf edib.
Hesabında 270 qələbə və 79 heç-heçə olan komanda öz meydanında 51-ci məğlubiyyətini alıb – 1:2. Cari çempionatın I dövrəsindəki ev görüşündə də “Neftçi”yə eyni hesabla uduzan “Qarabağ” öz meydanında rəqibindən xal ala bilməyib. Bu, bakılılar üçün ilkdir. “Ağ-qaralar” iki mərhələli və ya 4 dövrəli çempionatların heç birində “Qarabağ”la hər iki səfər matçında qalib gəlməmişdi.
Ağdam klubu isə tarixində ikinci dəfə eyni komandaya mövsümün hər iki ev matçında məğlub olub. “Neftçi” “Şəmkir”in 19 il əvvəl imza atdığı rekordu təkrarlayıb. 2001/02 mövsümündə qərblilər “Qarabağ” üzərində iki səfər qələbəsi qazanıb – 3:1, 2:0.
Qeyd edək ki, “Qarabağ” “Neftçi” ilə derbilərdə üç dəfə mövsümdə 6 səfər xalı qazanıb. Bu, 2012/13, 2014/15 və 2016/17 mövsümlərinə təsadüf edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
