İdman
Millimizə namizəd hücumçu 2 qol vurub QOVULDU
"Minay" komandasında çıxış edən əslən azərbaycanlı futbolçu Aleksandr Nuriyev Ukrayna Premyer Liqasında XVI turun Donetsk "Olimpik"i ilə ev oyununda diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, 25 yaşlı hücumçu dubl etməklə yanaşı, meydandan qovulub. Nuriyev 13-cü və 45+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirsə də, 18-ci dəqiqədə sarı, 85-ci dəqiqədə isə qırmızı vərəqə alıb.
Görüş "Minay"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qapısını Azərbaycan millisinin keçmiş qolkiperi Andrey Popoviç qoruyub. Daha bir əslən azərbaycanlı futbolçu Rüstəm Əhmədzadə isə 68-ci dəqiqədə meydana daxil olsa da, 90+2-ci dəqiqədə əvəzlənməli olub.
Bu qələbədən sonra "Minay" 15 oyundan 13 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb. Anatoli Nuriyev isə 8 qolla bombardirlər siyahısında üçüncüdür və şərikli liderlərdən bir top geridədir.
Qeyd edək ki, Nuriyev və Əhmədzadə Azərbaycan millisinə namizəd oyunçulardır. Bir müddət öncə yığmanın baş məşqçisi Canni De Biazi Türkiyənin Antalya bölgəsində olan "Minay"ın düşərgəsinə baş çəkərək, onlarla görüşüb. Hazırda danışıqlar davam edir.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
























.png)











.jpg)
.jpg)